Şrift:
Sabahdan DİM-də fənlər üzrə onlayn hazırlıq kurslarına başlanılır
15.10.2021 [10:17] - Gündəm, Mədəniyyət
Oktyabrın 16-17-də Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair kimya, fizika, biologiya, tarix, coğrafiya, ingilis dili və rus dili fənlərindən hazırlıq kurslarının birinci mərhələsi keçiriləcək.

DİM-dən bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən aparılacaq.

Kurslarda Bakı, Gəncə, Bərdə, Göyçay, Xaçmaz və Lənkərandan Dövlət İmtahan Mərkəzində elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

Hazırlıq kurslarının ikinci mərhələsi ev tapşırıqlarının hazırlanması olacaq.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed