18.10.2021 [11:06] - Gündəm, Sosial
“Gəncliyə dəstək” İctimai Birliyi “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsi çərçivəsində üçüncü təlimini həyata keçirib.
Birlikdən bildirilib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində üçüncü təlim Zərdabda 12 nəfər gəncin iştirakçılığı ilə reallaşıb.
Əvvəlcə şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verib. Sonra sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olunub.
Təşkilatın sədr müavini Eldar Xəlilov sosial könüllülük istiqamətində gəncləri məlumatlandırıb.
Təşkilatın idarə heyətinin üzvü Əlisurətli Röya vaxtın idarəolunması, gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində təqdimatla çıxış edib.
Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir.

Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |