Şrift:
Ukraynalı deputat: Ağdamın hazırkı vəziyyətini, dağıntıları görmək çox ağırdır
18.10.2021 [11:07] - Xəbərlər, Sosial
Biz səfər zamanı Ağdam şəhəri ilə tanış olduq. Şəhərin hazırkı vəziyyətini, dağıntıları görmək çox ağırdır.

Bu sözləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zaman açıqlamasında Ukrayna Ali Radasının deputatı Vladimir Kredenko bildirib.

O, Ukraynanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və işğaldan azad edilmiş ərazilərin tezliklə yenidən qurulacağına əminliyini ifadə edib: “Əminəm ki, dövlət başçısının və xalqın birgə səyləri nəticəsində siz yaxın zamanda buranı yenidən qura biləcəksiniz. Ukrayna Qarabağın yenidən qurulması işlərində Azərbaycana dəstək verməyə hazırdır. Biz əminik ki, bu yerlər yenidən çiçəklənəcək. Bu yolda Ukrayna xalqı hər zaman Azərbaycan xalqının yanındadır”.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed