Şrift:
Şahmatçımız vaxtından əvvəl Avropa çempionluğunu qazanıb
21.10.2021 [09:33] - Gündəm, İdman
Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu özü üçün təmin edib.

18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Azərbaycan şahmatçısı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır. Bununla da şahmatçımız oyunların başa çatmasına 1 tur qalmış birinci pilləni özü üçün təmin edib. On altı yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər. On yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli 6 xalla 2-6-cı yerləri bölüşür.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed