21.10.2021 [09:41] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klyuge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.
Doktor Hans Klyuge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib. İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır.
ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.
Hans Klyugenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-nin regional direktoru vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |