Şrift:
BMT baş katibi Beynəlxalq İnsan Həmrəyliyi Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
20.12.2012 [12:59] - Gündəm, Sosial
Bu gün Beynəlxalq İnsan Həmrəyliyi Günüdür. Bu münasibətlə BMT-nin baş katibi Pan Ki Mun ictimaiyyətə müraciət edib. BMT-nin baş katib qeyd edib ki həmrəylik qloballaşan dünyamızda problemlərin həlli üçün çox böyük əhəmiyyət kəsb edir: “Biz Birləşmiş Millətlər Təşkilatının bu il keçirilən Davamlı İnkişaf üzrə konfransında (Rio+20) həmrəyliyin şahidi olduq. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor liderləri bir araya gələrək iqtisadi, sosial və ekoloji davamlı gələcəyi təbliğ etmək barədə razılıq əldə etdilər.



İnsanlar ortaq gələcəyimizi formalaşdırmaq üçün planların, siyasi xəttin, proqramların yaradılması və tətbiqində iştirak edə bilsələr, biz ortaq məqsədlərimizə nail ola bilərik. Səlahiyyət verilməyən öhdəliklər mənasız sözlər kimidir.

Minilliyin İnkişaf Məqsədlərinə çatmaq yolunda əldə olunmuş tərəqqiyə baxmayaraq, 2015-ci ilin müəyyən edilmiş tarixinə qədər səylərimizi gücləndirməliyik. Biz, həmçinin 2015-ci ildən sonrakı dövrün gündəliyinin bünövrəsini qoyuruq. Bu fəaliyyət prosesi hərtərəfli olmaqla, dünyanın hər bir yerində yaşayan inkişaf mütəxəssisləri və sadə vətəndaşların mövqeyini nəzərə almağa səsləyir.

Beynəlxalq İnsan Həmrəyliyi Günü münasibətilə dünyanın bütün vətəndaşlarını bir ailə kimi həmrəyliyimizi gücləndirmək yolunda - ortaq məqsədlərimizə çatmaq üçün yardım etməyə çağırıram”.
Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed