22.10.2021 [10:03] - Xəbərlər, İdman
UEFA Avropa Liqasının qrup mərhələsinin III turuna yekun vurulub.
D qrupunda Türkiyə təmsilçisi "Fənərbağça" klubu doğma azarkeşlər önündə Belçikanın “Antverpeni" komandasını qəbul edib.
Görüş 2:2 hesablı heç-heçə başa çatıb.
Oyunda ilk qolu 3-cü dəqiqədə qonaqların hücumçusu Mbavana Samatta vurub. İyirmi bir və 45-ci dəqiqələrdə fərqlənən Enner Valensiya İstanbul təmsilçisini önə keçirib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Piter Gerkens qoyub.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu İtaliyada "Napoli" komandasına 3:0 hesabı ilə məğlub olub.
Matça ehtiyatda başlayan 24 yaşlı forvard 71-ci dəqiqədə Ernest Muçinin əvəzinə meydana daxil olub. Qonaqlar məğlubiyyətə baxmayaraq, ilk pillədəki mövqeyini qoruyub.
Türkiyənin turnirdəki digər təmsilçisi "Qalatasaray" isə E qrupunda Rusiyada "Lokomotiv" komandası ilə üz-üzə gəlib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Bununla da xallarını 7-yə çatdıran "sarı-qırmızılılar" ilk pillədə qalıb. Meydan sahibləri isə 1 xalla sonuncudur.
Gecənin bütün görüşləri aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Qlazqo Reyncers" (Şotlandiya) - "Bröndbü" (Danimarka) - 2:0;
"Sparta Praqa” (Çexiya) - "Lion" (Fransa) - 2:4.
Qrupdakı vəziyyət: "Lion" - 9, "Sparta Praqa" - 4, "Qlazqo Reyncers" - 3, "Bröndbü" - 1.
B qrupu
PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa) - 1:2;
"Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya) - 0:1.
Qrupdakı vəziyyət: "Monako" - 7, "Real Sosyedad" - 5, PSV - 4, "Şturm" - 0.
C qrupu
"Napoli" (İtaliya) - "Legiya" (Polşa) - 3:0;
“Spartak” (Moskva, Rusiya) - “Lester Siti” (İngiltərə) - 3:4.
Qrupdakı vəziyyət: "Legiya" - 6, "Lester Siti" - 4, "Napoli" - 4, "Spartak" - 3.
D qrupu
"Fənərbağça" (Türkiyə) - "Antverpen" (Belçika) - 2:2;
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 3:1.
Qrupdakı vəziyyət: "Ayntraxt" - 7, "Olimpiakos" - 6, "Fənərbağça" - 2, "Antverpen" - 1.
E qrupu
"Latsio" (İtaliya) - "Marsel" (Fransa) - 0:0;
"Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə) - 0:1.
Qrupdakı vəziyyət: "Qalatasaray" - 7, "Marsel" - 4, "Latsio" - 4, "Lokomotiv" - 2.
F qrupu
"Midtüllan" (Danimarka) - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 1:1;
"Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya) - 0:1.
Qrupdakı vəziyyət: "Srvena Zvezda" - 7, "Braqa" - 6, "Midtüllan" - 2, "Lüdoqorets" - 1.
G qrupu
"Betis" (İspaniya) - "Bayer Leverkuzen” (Almaniya) - 1:1;
“Seltik” (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0.
Qrupdakı vəziyyət: "Bayer Leverkuzen" - 7, "Betis" - 7, "Seltik" - 3, "Ferentsvaroş" - 0.
H qrupu
"Rapid" (Vyana, Avstriya) - "Dinamo Zaqreb (Xorvatiya) - 2:1;
"Vest Hem" (İngiltərə) - "Genk" (Belçika) - 3:0.
Qrupdakı vəziyyət: "Vest Hem" - 9, "Dinamo Zaqreb" - 3, "Genk" - 3, "Rapid" - 3.

Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |