Şrift:
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Bakıya səfərinin yekunları ilə bağlı hesabat verib
20.12.2012 [13:10] - Borçalı
Gürcüstan parlamentinin azərbaycanlı üzvü Mahir Dərziyev dekabrın 18-də “Gürcü Arzusu” koalisiyasının parlament fraksiyasında Azərbaycana səfərinin yekunları ilə bağlı hesabat verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Dərziyev Azərbaycanda olduğu müddətdə bir sıra dövlət rəsmiləri ilə görüşdüyünü və görüşlərdə Gürcüstanın azərbaycanlı vətəndaşlarını, eləcə də Azərbaycanda yaşayan gürcü icmasını narahat edən bir sıra problemlərin müzakirə olunduğunu bildirib.



Bu gün isə M. Dərziyev parlamentin Diaspora və Qafqaz məsələləri Komitəsində “Gürcüstan-Azərbaycan münasibətləri: perspektivlər və prioritetlər” mövzusunda məruzə ilə çıxış edib. O, Bakıda Azərbaycanın rəsmi şəxsləri tərəfindən yüksək səviyyədə qarşılandığını, problemlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldığını və bir sıra razılaşmalar əldə olunduğunu komitə üzvlərinin nəzərinə çatdırıb. O, xüsusilə miqrasiya sahəsində yaranmış problemlərin qarşılıqlı səylərlə tezliklə həll edilməsinin vacibliyini vurğulayıb.



M. Dərziyev mövcud problemlərin həlli üçün Gürcüstan tərəfinin üzərinə də vəzifələr düşdüyünü söyləyib və Gürcüstanın Azərbaycandakı səfirliyində ikinci konsul ştatının yaradılmasını, eləcə də Gəncədə Gürcüstanın Baş Konsulluğunun açılmasını məqsədəuyğun hesab edib.
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed