24.10.2021 [11:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Uzun müddət müstəqilliyin qazanılmasına mane olan hakimiyyət sonra da cəmi bircə gün hakimiyyətdə qalmağı bacaran Yanayevin QKÇP-sini dəstəklədi”
Prezident İlham Əliyev Füzulu rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı 18 oktyabr təqvimi ilə bağlı ilk dəfə olaraq mövqeyini açıqlayıb: “30 il bundan əvvəl 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini elan edib.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir.
Onu da bildirməliyəm ki, hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir.
Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir - 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan - 9 aprel 1991-ci il, Latviya - 4 may, Belarus - 27 iyul, Estoniya - 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr, Azərbaycan - 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavab bilirəm. Bu, ritorik sualdır. Ona görə 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir...”
1991-ci ildə Müstəqillik bəyanatının gecikdirilməsinə görə məsuliyyəti kim daşımalıdır?
Həmin zaman Azərbaycan parlamentində təmsil olunan istiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı Prezident açıq mətnlə danışır və həmin zamankı hakimiyyəti günahlandırır: “Mən də razıyam ki, həmin tarixlə bağlı geçikmə olub. Ancaq biz 4 deputat 1991-ci ilin mart ayında SSRİ-nin saxlanması ilə bağlı referendumun əleyinə çıxdıq. İstiqlaçı deputatlar da elə həmin siyahı üzrə müəyyənləşib. Həmin referendum yalnız Naxçıvanda keçirilmədi. Bu, Heydər Əliyevin Naxşıvanda olan dönəminə təsadüf edir. Ancaq Azərbaycanın digər ərazilərində həmin referendumu keçirdilər. Nəticələri saxtalaşdırıb, SSRİ-nin saxlanmasına “hə” dedilər. Üstündən 6 ay keçəndən sonra elə həmin xalq müstəqilliklə bağlı referendum keçirib, 95 faiz müstəqiliyyə səs verdi. Bu bir daha sübut edir ki, həmin vaxt xalq müstəqillik istəyib, ancaq o zamankı rəhbərlik Moskvanın ətəyindən əl çəkmək istəməyib. Hamıdan əvvəl, hələ mart ayında biz Azərbaycanın müstəqilliyini tələb edirdik. Həmin vaxt bizə qarşı repressiyalar həyata keçirilirdi. Parlamentdə aclıq elan edirdik. Bir qolumuza rus hərbçisi, digərinə Azərbaycan polisi girib zaldan çıxarırdı. Uzun müddət müstəqilliyin qazanılmasına mane olan hakimiyyət sonra da cəmi bircə gün hakimiyyətdə qalmağı bacaran Yanayevin QKÇP-sini dəstəklədi. Onlar SSRİ-nin saxlanmasında maraqlı olan marionet bir hakimiyyət idi. Bizim müstəqillik aktımızın rəsmiləşdirilməsini gecikdirdilər. Prezident bu məsələdə birmənalı olaraq həmin zamandakı hakimiyyəti qınaq obyekti göstərir. Hətta oktyabr ayında Müstəqillik Aktı qəbul olunarkən 350 deputatdan 100-ü iclasda iştirak etmədi. Onlar yenə də müqavimət göstərirdilər. 25 nəfər deputat “demokratik blok”un üzvü idi. Biz xalqın istəklərini parlamentdə çatdırırdıq. Təəssüflər olsun ki, Müstəqillik Aktının əleyinə olanların əksəriyyəti sonradan vəzifədə təmsil olundu, böyük iş adamlarına çevrildilər. Hətta korrupsiya və talançılıqla həbs edilənləri də var. Düşünürəm ki, belələrini mütləq cəmiyyətə tanıtmaq lazımdır. Baltikyanı ölkələrdə istiqlalın, müstəqilliyin əleyhinə gedən adamlar müəyyənləşib, onlar heç vaxt məsul vəzifələrə təyin edilmədilər. Məncə həmin kriteriya bizdə də tətbiq edilə bilər. Hələ ki, gec deyil”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |