25.10.2021 [09:38] - Gündəm, Mədəniyyət
Azərbaycanın mühacir alimlərindən olan Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi “Şirvanşahlar yurdu” əsəri Azərbaycan dilinə tərcümə edilib
Hərbçi və tarixçi Cahangir Zeynaloğlunun həyat və fəaliyyəti ilə əlaqədar bir çox hadisələr, faktlar və fotoşəkillər Azərbaycan Dövlət Arxivindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivindən, Azərbaycanın hərb tarixinə həsr olunan əsərlərdən, ailə arxivindən aşkar edilib, ailə üzvlərinin xatirələri əsasında dəqiqləşdirilib.
Alimin Bakıda və Şuşada yaşamış qohumları haqqında məlumatlar, soykökünün şəcərəsi verilib, onun həyatı və elmi fəaliyyəti haqqında çap olunmuş məqalələr rus və ingilis dillərində əlavə olunub. Kitabda şəxs adları, coğrafi göstəricilər, çoxlu fotoşəkillər də yer alıb.
Kitabı tərtib edən və giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevadır, tərcüməçi AMEA-nın Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadədir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |