20.12.2012 [15:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı təşkilatın sədr müavini, İdarə Heyətinin üzvü Cavad Abbasinin istefasını qəbul etməyib.
GAMOH-dan verilən məlumata görə, M.Çöhrəqanlının ictimaiyyətə açıqlamasında deyilir: “Milli hərəkat və GAMOH uzun illərdir böyük millətimizin azadlığı uğrunda fars şovinizmi ilə mücadilə etməkdədir. Bölgə və dünyadakı dəyişiklikləri nəzərə alaraq, bu həssas vəziyyətdə təşkilatımızın daha aktivləşməsi həyati önəm daşımaqdadır. Son günlər bəzi səbəblərdən dolayı çox dəyərli qardaşımız Cavad Abbasi təşkilatımızdan ayrılmaq haqda qərar verib. Bu hadisə hamımızı dərindən üzüb. Dolayısı ilə bütün məsələləri, milli hərəkatımızın vəziyyətini düşünərək hörmətli müavinimin vəzifəsinə geri dönməsini uyğun görməkdəyəm”.
Qeyd edək ki, bu günlərdə GAMOH sədrinin müavini, İdarə Heyətinin üzvü Cavad Abbası tutduğu vəzifədən istefa verib. C.Abbasinin APA-ya verdiyi məlumata görə, istefanın səbəbi təşkilatın nizamnaməsinə əməl edilməməsi və strateji məsələlərdir: “Hələlik istefamla bağlı ətraflı açıqlama vermək istəmirəm. Bir neçə gün sonra geniş izahat verəcəyəm. Mən Güney Azərbaycanın haqları üçün soydaşlarımızla birgə milli və mənəvi borcumu yerinə yetirməyə çalışdım. Acı və şirin günlərimiz çox oldu. Lakin heç zaman sarsılmadan yolumuza davam etdik. Xüsusən də son illərdə təşkilat və hərəkatımızda uğurlara nail olduq. Məni bu mübarizəyə sövq edən millətimizə, tutduğumuz müqəddəs yola hər zaman inancımız olub və olacaq. 1995-ci ildən GAMOH-da çalışmışam. Lakin qeyd etdiyim səbəblərdən GAMOH-dan ayrılmağa qərar verdim. Bütün silahdaşlarıma və GAMOH sədrinə uğurlar diləyirəm”.

Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |