26.10.2021 [10:24] - Gündəm, İqtisadiyyat
Qazaxıstanda bu ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 17,5 milyon tona çatıb.
Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi 9 ay ərzində ölkənin tranzit yükdaşımaları barədə məlumat yayıb.
Ölkə sərhədləri üzərindən daşınan tranzit yüklərin 15,6 milyon tonu dəmir yolu ilə həyata keçirilib.
Göstərilən müddət ərzində ümumilikdə 795,2 min yük konteyneri dəmir yolu vasitəsilə daşınıb. Xüsusilə, Çin-Avropa-Çin marşrutu ilə daşınan tranzit yüklərin sayı 40 faiz artaraq 622 min konteyner təşkil edib.
2021-ci ildə Qazaxıstanda ümumi tranzit yükdaşımalarının 25,3 milyon ton və ya 969 min konteyner olacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |