20.12.2012 [15:16] - Gündəm, Hərb
Qəbələ radiolokasiya stansiyasının (RLS) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə komissiya stansiyada aparılan inventarlaşdırma işini başa çatdırıb.
Bu barədə APA-ya eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib.
İnventarlaşdırma işlərinin nəticəsi olaraq müvafiq sənəd hazırlanaraq Azərbaycan və Rusiya hökumətlərinə təqdim olunacaq.
Qeyd edək ki, Qəbələ radiolokasiya stansiyasının (RLS “Daryal”) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən tərkibi noyabr ayının 15-də təsdiq olunub. Komissiyaya 1 ay müddətində Qəbələ RLS-in əmlakının inventarlaşdırılmasını həyata keçirərək nəticələr barədə məlumatları Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
İnventarlaşdırma komissiyasının sədri Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev, komissiya sədrinin müavini Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsinin təşkili şöbəsinin dövlət əmlakının registri sektorunun müdiri İsmayıl Həsənlidir.
Komissiyada Müdafiə Nazirliyinin zabitləri Oqtay Bədəlov, Fanus Bayev, Azər Təhməzov, Məzahir Mikayılov, Elçin Rəsulov, Əlibəy Paşayev, Ramiz Tahirov, Tariyel Məmmədov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin müşaviri Ağalar Atamoğlanov, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin baş məsləhətçisi Fuad Bayramov, İqtisadi İnkişaf Nazirliyinin strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Bəylər Abbasov, Müdafiə Sənayesi Nazirliyinin təmir, istismar və utilizasiya şöbəsi müdirinin müavini Ənvər Qurbanov, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 5 saylı Regional maliyyə müfəttişliyinin rəis əvəzi Nüsrət Məmmədov, Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühit üzrə milli monitorinq departamenti direktorunun müavini Mətanət Avazova, ETSN-in ətraf mühit üzrə milli monitorinq departamentinin sektor müdiri Mehman Nəbiyev, Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinin gömrük dəyəri şöbəsinin baş inspektoru Firqət Qəniyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerquruluşu sektorunun müdiri Hikmət Əliverdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, AMEA-nın Fizika İnstitutu direktorunun müavini Nazim Məmmədov, “Azərenerji” ASC-nin Elektrik enerjisinin ötürülməsi idarəsinin izolyasiya və sınaq xidmətinin rəisi Bəhruz Məmmədov, “Azərenerji” ASC-nin “Mingəçevir regional elektrik şəbəkəsi” MMC-nin texniki direktorunun müavini Rövşən Mustafayev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Qəbələ Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov, ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəisi Elman Abbasov və “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti sədrinin birinci müavini Vəli Həsənov təmsil olunurlar.
Qeyd edək Ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 2002-ci ildə imzalanıb. Rusiya dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir.
2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq, Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 mln. dollar ödəyib. Azərbaycan növbəti illərdə RLS-in icarəsi üçün Rusiyadan 300 milyon dollar istəyib.

Bu xəbər oxucular tərəfindən 1373 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |