26.10.2021 [10:34] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə Bitlis vilayətinin Ahlat rayonunda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbəyə həsr olunan Zəfər bayramı mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə müfəssəl məlumat verən baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovaraq rəşadətli qələbə qazanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ətrafında sıx birləşən Azərbaycan xalqı milli Ordumuzun cəbhədə əzmlə mübarizə aparmasına təkan verib.
Naxçıvan Ali Məclisinin deputatı Elman Cəfərli çıxışında böyük qələbənin qazanılmasına aparan yoldan və tarixi zəfərin əhəmiyyətindən danışıb.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə geniş yer ayıran Bitlis valisi Oktay Çağatay, Ahlat icra nümayəndəsi Fikret Dağ və Ahlat bələdiyyəsinin sədri Abdülalim Mümtaz Çoban işğal altındakı torpaqlarımızın yağı düşməndən azad olunmasını Türkiyədə də eyni iftixarla qarşılandığını vurğulayıblar.
Bitlis Polis İdarəsinin rəisi Celal Özcan, Ahlat rayon milli təhsil idarəsinin rəisi Mutluk Özden və digər rəsmi şəxslərin, Türkiyənin yerli hakimiyyət orqanlarının digər rəhbər şəxslərinin, şəhər ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən mərasim protokol hissə və bədii proqramdan ibarət olub.
Sonra mərasim rəngarəng bədii proqramla davam edib.

Bu xəbər oxucular tərəfindən 2778 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |