21.12.2012 [09:15] - Gündəm, DAVAMın yazıları
Bəlkə də bu səhər televiziya kanallarının birində aparıcı nəzərinizə çatdırım, nəzərinizə yetirim əvəzinə nəzərinizə salım kəlməsini işlətməsəydi, bu yazını yazmaq qərarına gəlməyəcəkdim. Çünki fikirləşirdim ki, bu iş gündəlik jurnalist peşəsində çalışan qələm əhlinə aid olan məsələdir. İnanın allaha, nəzərinizə salım kəlməsini eşidəndən sonra necə deyərlər hirs vurdu kəlləmə və yazını qələmə almaq qərarına gəldim. Dəyərli qələm əhli, hörmətli internet, mətbuat oxucuları, izləyiciləri siz də mənimlə razılaşarsınız ki, televiziya aparısılarının çox qisiminin ədəbi dilimizə necə divan tutduğunun hər gün şahidi oluruq.
Biz bügün ədəbi dilimizin inkişafında danılmaz xidmətləri olmuş yaşlı televiziya, radio diktorlarımızı minnətdarlıq hissiylə yad ediririk. Onların ruhumuzu oxşayan səsi, heç bir ləhcə içində itib-batmayan təmiz, saf ədəbi dilimizdən qaynaqlanmış danışıq qabiliyyətləri ürəyimizin içində özlərinə yer edib və əziz bir xatirə kimi yaşayır, o insanları yaşlı nəsil yaxşı xatırlayır. Gəlin onların adlarını sadalayıb iftixarla yada salaq.
Aydın Qaradağlı, Sabutay Quluyev, Valid Sənani, Ofelya Sənani, Rafiq Hüseynov, Nətəvan Hacıyeva, Roza Tağıyeva, Hicran Hüseynov,\ Sabir Ələsgərov Şərqiyyə Hüseyova, Həqiqət Əskərzadə, Dilsuz Mustafayev, Gülşən Əkbərova və sair.
Bu insanlar efirə çıxan zaman hər hansı verlişə, və yaxud xəbərlərə aparıcılıq edərkən biz heç vaxt ayırd edə bilməzdik ki, onlar Azərbaycanın hansı bölgəsindən, hansı məkanındandır. Əksinə onların nitqindən ədəbi dilimizin gözəlliklərini mənimsəyirdik, çalışırdıq ki, cəmiyyət içinə çıxanda biz də onlar kimi ədəbi dilimizdə danışmağı bacaraq.
Bu gün Azərbaycan radio və televiziya məkanında gənc aparıcı vətəndaşların dilimizə hansı pisliklər etdiyi sözlə deyiləsi, yazılası deyil. Bəs hanı Aydın Qaradağlı, Rafiq Hüseyov və o nəsil aparısılar məktəbi? Niyə televiziya kanalları o nəsil aparıcıların ənənəsini davam etdirmir? Nə baş verir? Bəlkə doğurdan da bizə ədəbi dil lazım deyil? Efirdən addımbaşı o sözlərin və şəkilçilərin yanlış tələfüzü…məsələn: Uşaq-uşax, qalaq-qalax, olaq-olax. Bildiyimiz kimi ədəbi dilimizdə “q”səsi “ğ”səsi,” x”səsi “h”səsi ilə əvəz oluna bilər. Yəni uşaq yazılır, uşağ kimi eşidilir. Düzgün tələfüz olunmayan söz və söz birləşmələrinin, ən nahayət şəkilçilərin ədəbi dilimizdə nə fəsadlar törətdiyi göz qabağındadır? Əgər ləhcə danışığını biz televiziya kanallarına çıxartsaq, ədəbi dil dediyimiz məfhum kimə və niyə lazımdır? Onda qoy hər kəs öz ləhcəsində yazmağa və danışmağa başlasın. Ləhcələrə gəldikdə isə bir kənd bir neçə tayfanın, nəsilin birliyindən yaranır. Hər tayfanın da özünə məxsus danışıq xüsusiyyətləri olur, hətta bir kəndin içində fərqli ləhcələri tutmaq mümkündür. Elə ona görə də hörmətli dilçilik üzrə alimlərimiz ədəbi dilin formalaşmasına qərar verdilər. Bəs bugün nə baş verir ki, ədəbi dilimizə belə biganə yanaşmalar tele kanallarda baş alıb gedir.
Gəlin indiki əksər aparıcıların hər hansı bir ölüm xəbərini insanlara necə çatdırmasının təhlilini aparaq. Filankəs cəbhə xəttində, maşın qəzasında, suda və yanğında öldü. Əvvala, hörmətli aparıcı xanım və bəylər, cəbhə xəttində hər hansı ölüm istər mülkü vətəndaş, istərsə əskər olsun düşmən gülləsinə tuş gəlirsə ona deyirlər ki, şəhid oldu. Avtomobil, helikopter, təyyarə, yanğın qəzası zamanı dünyasını dəyişənlərə deyərlər ki, həlak oldu, suda dünyasını dəyişənlərə deyərlər, dənizdə, çayda, göldə batdı, boğuldu. Hər hansı xəstəlikdən dünyasın dəyişənlərə deyərlər ki, vəfat etdi. Öldu ifadəsini it, pişik, hər hansı heyvanla bağlı məlumat verəndə deyərlər. Hətta hər hansı məişətdə saxladığımız heyvanlar kütləvi şəkildə öləndə, ona da heç öldü demirlər, deyirlər ki, tələf oldu.
Aparıcıların mikrofon, səs gücləndirici ola-ola efirdə qışqıra-qışqıpa danışması, sözləri tökə-tökə, tələsə-tələsə tələfüz etməsi, öz doğulduğu yerin, məkanın ləhcəsini televiziya məkanında nümayiş etdirməsi və sair. Görəsən bütün bunlara nə zaman, nə vaxt, haçan son qoyulacaq? Və onlara rəhbərlik edən başçılar, rəhbərliklər bu barədə nə düşünürlər?
Hələ mən keçmiş SSRİ-nin hegemon dili olan rus dilinin dilimizin ətəyindən tutub buraxmamasını demirəm. Aparcıların bu dilin yaddaşımızda kök salmış uje, koroçi, net, obşim sözlərini sevə-sevə işlətməsi də ki, öz yerində.
Hörmətli, şərafətli aparıcı əhli qoy məndən inciməsin, mən nə heç kəsin qazancına, nə də işinə, peşəsinə mane olmaq istəmirəm. Sadəcə bir dinləyici, tamaşaçı, seyirçi kimi istəyim odur ki, ədəbi dil dediyimiz məfhumun dil alimlərimiz tərəfindən tərtib olunmuş qayda-qanunlarına əməl etsinlər. Bu nə söz azadlığının pozulması, nə də kiminsə hüquqlarının tapdanması kimi başa düşülməməlidir. Orta və ali məktəblərimizdə ədəbi dilimizin incəlikləri ilə tanış olan, bədii kitablar oxuyan, mütaliyəsi bol olan insan təbii ki, aparıcılıq zamanı söz qıtlığı ilə üzləşməz. Əksinə ədəbi dilimizi bizə şərbət təki daddırar, könlümüzü, ruhumuzu şad edər. Çox təəssüf hissiylə qeyd etmək yerinə düşər ki, axır illər biz belə insanlarla tele-məkanlarda təsadüfən rastlaşırıq. Bu nəyin, pis təhsilin və ya özünə məsuliyyətsiz yanaşmanın və ya kimi gəldi aparıcılığa cəlb etmənin nəticəsidir? Bilmirəm. Bir onu bilirəm ki, Azərbaycan tele-kanallarında səhərdən axaşama qədər, axşamdan səhərə qədər ləhcə yarışması gedir. Mən hələ mənəviyyatımızı heçə-puça endirən şou xatirinə səviyyəsiz verlişlərin efirdə tüğyan etməsini demirəm. Bununla tele məkana tamaşaçı cəlb etmək olmaz. Siz də mənimlə razılaşarsınız ki, indi səviyyəli, savadlı, məlumatlı tamaşaçı, ya dilini bildiyi başqa ölkələrin tele-kanallarına üz tutur, ya da ki, vertual aləmə, yəni internet aləminə. Azərbaycan efiri isə gündən-günə öz tamaşaçısını itirməklə məşğuldur.
Mən tele-kanallar barədə dərdlərimizin bir parasını möhtərəm qələm əhlinin və oxucuların diqqətinə yetirdim. Allah elə eləsin ki, tele-kanallarda baş alıb gedən acınacaqlı vəziyyət düzəlsin və bir də bu mövzuya qayıtmağa ehtiyac duyulmasın. Tanrı sizlərə yar olsun, ey Vətən əhli, ey məni duyanlar və duymayanlar, mənə haqq qazandıranlar və qazandırmayanlar, hələlik deyirəm sizlərə, hələlik…
Şirinxanım Kərimbəyli Şadiman
15.12.2012

Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |