21.12.2012 [11:18] - Gündəm, Siyasət
Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı dekabrın 19-u Vaşinqtonda “Azərbaycanın Qərbdə istifadə olunmamış potensialı: ABŞ-ın müttəfiqi qismində Azərbaycan cəmiyyəti ilə təmas qurulması” adlı tədbir keçirib. Forumun əsas natiqləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və Hudson İnstitutunun aparıcı tədqiqatçısı Devid Satter olub.
Tədbiri giriş sözü ilə açan AZAD-ın sədri Elmar Şahtaxtinski 2011-ci ildə Misirdə baş verənləri xatırladaraq siyasi analitiklərdən birinin işlətdiyi ifadəyə toxunub: “İndiyədək ABŞ-ın Mübarək siyasəti mövcud olub, bu gündən isə ABŞ yeni Misir siyasəti formalaşdırmalıdır”. O qeyd edib ki, müzakirəni məhz bu mövzuda qurmaq istəyir.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç müzakirənin adında “istifadə olunmamış potensial” və “müttəfiq” ifadələrinin diqqət çəkdiyini deyib. Keçmiş səfir qeyd edib ki, həqiqətən ABŞ-ın müttəfiqi olan Azərbaycanda çoxtərəfli əlaqələr üçün böyük potensial var: “Rəsmi Vaşinqtonla rəsmi Bakı arasında əlaqələri kənara qoyub cəmiyyətlərarası əlaqələri önə çəkmək lazımdır”. Riçard Kozlariç bu sırada insan alverini, QHT-lər vasitəsilə qaçqınlara yardım, müstəqil medianın dəstəklənməsi, Azərbaycan mədəniyyətinin təbliği sahələrini göstərib. O, ən böyük əməkdaşlıq potensialının demokratiya, insan haqları və dini azadlıqlar sahəsində olduğunu vurğulayıb.
Hudson İnstitutunun tədqiqatçısı Devid Satter isə əsasən postsovet ölkələrində yaşanan oxşar problemlərdən söhbət açıb. O, Qırğızıstanı misal gətirərək ölkədə bir neçə dəfə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq lazımı sistemin qurulmadığını deyib, ABŞ-ın strateji maraqlar naminə korrupsioner qırğız məmurlarla əməkdaşlığını tənqid edib.
Xəbəri “Amerikanın səsi” yayıb.

Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |