Şrift:
Doqquz ayda bir sıra magistral avtomobil yollarının və körpülərin tikintisi işləri görülüb
29.10.2021 [09:44] - Gündəm, İqtisadiyyat
Cari ilin 9 ayında M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, 4 hərəkət zolaqlı olmaqla uzunluğu 152 kilometr olan yolun tikintisi və M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi işləri həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu dövrdə paytaxtın Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində yolların və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47, 2 kilometr), Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 kilometr təşkil edən birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi, uzunluğu 34,8 kilometr olan Susay-Xınalıq avtomobil yolunun tikintisi işləri aparılıb.

Qeyd olunub ki, Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 kilometr) işləri davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed