Şrift:
Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib
29.10.2021 [10:18] - Xəbərlər, Sosial
Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Nərgiz Niftəliyeva Mingəçevir Gənclər Evində psixoloq Seymur Səfəralıyev ilə birlikdə gənclər üçün "Empatiya" mövzusunda təlim keçiblər.

Universitetdən bildiriblər ki, təlim zamanı gənclərə empatiyanın mahiyyəti, zəruriliyi və formaları barədə məlumat verilib, müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib və mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb

Qeyd edək ki, MDU-da akademik heyət üzvlərinin Mingəçevir və ətraf rayonlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılmasına hədəflənən müxtəlif formatlı tədbirlərdə fəal iştirakına xüsusi önəm verilir.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed