Şrift:
Son on il ərzində 8 mindən çox terrorçu Türkiyədən ekstradisiya edilib
01.11.2021 [10:07] - Xəbərlər, Türk dünyası-Turan
2011-ci ildən indiyədək 102 ölkənin vətəndaşlığına məxsus 8585 terrorçu Türkiyədən ekstradisiya olunub. Onlardan 44-ü ABŞ, 1075-i isə Avropa İttifaqı ölkələrinin vətəndaşıdır.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Məlumatda bildirilir ki, ekstradisiya edilən terrorçuların böyük əksəriyyəti PKK/PYD və İŞİD üzvləridir.

2019-cu ildən indiyədək Türkiyədən Avropa İttifaqının 12 ölkəsinə 126, keçən il isə 8 ölkəsinə 95 terrorçu ekstradisiya edilib.

Son üç ildə Türkiyədən öz ölkələrinə göndərilən əcnəbi terrorçuların milliyyətlərinə görə ilk səkkizlikdə Fransa, Almaniya, Hollandiya, Belçika, Finlandiya, İsveç, Rumıniya və Böyük Britaniya yer alır.
Bu xəbər oxucular tərəfindən 2833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed