Şrift:
Co Bayden: “ABŞ İranın pilotsuz uçan aparatlarının hücumlarına cavab verəcək”
01.11.2021 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın pilotsuz uçan təyyarələrinin regionda Amerikanın mənafeyinə qarşı hücumlarına toxunan Bayden deyib ki, Vaşinqton İranın ölkəsinin regional maraqlarına qarşı həyata keçirdiyi dağıdıcı hərəkətlərini cavabsız qoymayacaq.


“Biz İranın Amerika Birləşmiş Ştatların mənafeyinə qarşı apardığı istənilən təxribat xarakterli əməllərinə və onun pilotsuz uçan aparatlarının bizim maraqlarımıza qarşı hücumlarına cavab verəcəyik”, -deyə ABŞ prezidenti Co Bayden bildirib.


ABŞ prezidenti həmçinin dünya güclərinin Vyanada İranla apardığı nüvə danışıqlarına işarə edərək, rəsmi Tehranın yarımçıq qalmış müzakirələrə qayıtmaqdan boyun qaçırmasına da münasibət bildirib.


“Hesab edirik ki, nüvə razılaşmasının yenidən canlandırılması üçün Vyanada danışıqların aparılması İranın rəftarından asılıdır.


Şübhə yoxdur ki, İran nüvə danışıqlarına qayıtmayacağı təqdirdə böyük iqtisadi ziyanlara və əlavə sanksiyalara məruz qalacaq.


Mən, Böyük Britaniya, Fransa və Almaniya rəhbərləri ilə keçirdiyim görüşlərdə İranın nüvə proqramını müzakirə edərkən belə qənaətə gəlmişik ki, İran İslam Respublikasının atom bombası istehsal etməsinin qarşısını almaq üçün ən yaxşı yol və variant diplomatiyadır”, -deyə Co Bayden əlavə edib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed