Şrift:
Qərbi Azərbaycan xalçaçıları siğorta xidm'tind'n istifad' ed' bilmi
02.11.2021 [09:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətində fəaliyyət göstərən on minlərlə xalçaçı siğorta xidməti və dövlət dəstəyindən məhrumdur.

Əyalətdə əldə toxuma xalça sahəsinin tanınmış mütəxəssislərindən sayılan Ruqəyyə Rəzzaqi, son illər xammal qiymətlərinin qalxmasına görə məhsulun bahalaşması və əhalinin maddi durumunun pisləşməsi səbəbindən əldə toxuma xalçalara tələbatın azaldığını deyib.

O. bu iki amilin Qərbi Azərbaycanda əldə toxuma xalça sənayesinin ciddi xəsarət gördüyünə, bu sahədə çalışanların çətin duruma düşdüyünə səbəb olduğunu söyləyib.

Bununla yanaşı Rəzzaqi xalçaçıların sosial təminat siğortasından istifadə edə bilmədiklərini, stimullaşdırıcı amillərin olmadığını və bu məsələnin xalçaçılıq sahəsinə yeni sənətkarların qoşulmasıa mane olduğunu deyib.

Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Qulamrza Babai məsələ ilə bağlı verdiyi açıqlamasında hazırda əyalətdə çalışan 72 min xalçaçıdan yalnız 17 min nəfərin siğorta xidmətlərindən istifadə edə bildiyini qeyd edib.

“Sosial Təminat Təşkilatı yetərli budcəyə malik olmadığı üçün xalçaçıları siğorta edə bilmir”-deyə, Babayi “İlna” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed