Şrift:
"Koronavirus siyasətçilərin həll edə biləcəyi bir problem deyil” - Fərəc Quliyev
02.11.2021 [17:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət günü-gündən pisləşir. Son statistik göstəricilərə əsasən ölkədə 2400-dən çox insan virusa yoluxub. Bəs görəsən, belə olan təqdirdə yoluxma hallarının ən çox qeydə alındığı təhsil müəssisələri bağlana bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev hesab edir ki, yoluxmanın qarışısını almaq üçün vaksinasiya prosesini itensivləşdirmək lazımdır:

"Qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Biz onların adından danışa bilmərik. Yəqin ki, qərarı verən şəxslər ölkədəki ümumi vəziyyəti nəzərə alacaq. Bütün tədbirlər əhalinin sağlamlığını qorumağa xidmət edir. Vaksinasiya prosesi intensivləşərsə, sərt karantin rejiminə ehtiyac qalmayacaq".

F.Quliyev qeyd edib ki, bəzi məktəblərdə yoluxma sayı artıb. "Yolxuma qeyd alınan siniflərdə lokal qapanmalar olur. Məncə bu, doğru yanaşmadır. Bir sinifdə yoluxma varsa, bütün məktəbi bağlamağa dəyməz. Amma yenə də bu, siyasətçilərin həll edə biləcəyi bir problem deyil”, - deyə partiya sədri bildirib.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed