03.11.2021 [09:37] - Gündəm, İdman
Oktyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura daha 6 qarşılaşması baş tutub.
G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniyanın "Sevilya" klubu öz meydanında Fransanın "Lill" klubuna məğlub olub - 2:1.
Gecənin ən məhsuldar görüşü E qrupunda yer alan Almaniyanın “Bavariya” və “Benfika” komandaların arasında qeydə alınıb. Qarşılaşma Münxen təmsilçilərin 5:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Bavariya” vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.
Qrupun digər görüşündə İspaniyanın “Barselona” klubu səfərdə Ukraynanın “Dinamo Kiyev” komandasını mininal hesabla məğlub edib. Yeganə qolu matçın 70-ci dəqiqəsində Ansu Fati vurub.
H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada "Yuventus" və Rusiyanın "Zenit" klubları arasında keçirilib. Altı qol qeydə alındığı görüşdə “Yuventus” üstün olub - 4:2.
Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Atalanta" ilə son dəqiqələrdə vurduğu qolla heç-heçəyə razılaşıb - 2:2. İspaniyanın “Vilyarreal” klubu öz meydanında İsveçrənib “Yanq Boyq” komandasının qapısından iki cavabsız qol keçirərək vacib qələbə qazanıb.
Komandaların yer aldığı qruplarda vəziyyət aşağıdaki kimidir:
E qrupu
“Dinamo Kiyev” (Ukrayna) – “Barselona” (İspaniya) - 0:1;
“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) - 5:2.
Qrupdakı vəziyyət: “Bavariya”- 12, “Barselona” - 6, “Benfika”- 4, “Dinamo Kiyev” - 1.
F qrupu
“Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) - 2:0;
“Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - 2:2.
Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 7, “Vilyarreal” - 7, “Atalanta” - 5, “Yanq Boyz” - 3.
G qrupu
“Volfsburq” (Almaniya) – “Zaltsburq” (Avstriya) - 2:1;
“Sevilya” (İspaniya) – “Lill” (Fransa) - 1:2.
Qrupdakı vəziyyət: “Zaltsburq” - 7, “Lill” - 5, “Volfsburq” - 5, “Sevilya” - 3.
H qrupu
“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə) - 0:1;
“Yuventus” (İtaliya) – “Zenit” (Rusiya) - 4:2.
Qrupdakı vəziyyət: “Yuventus” - 12, “Çelsi” - 9, “Zenit” - 3, “Malmö” - 0.
Qrup mərhələsinin dördüncü turunun digər səkkiz oyunu noyabrın 3-də keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |