Şrift:
Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb
04.11.2021 [09:51] - Gündəm, İqtisadiyyat
Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq davamlı inkişaf edir. Bu ilin doqquz ayında da rayonda heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılıb. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, doqquz ayda rayonda 5 min 269 ton ət, 34 min 943,5 ton süd, 46 milyon 420 min ədəd yumurta, 147,5 ton yun istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,4, süd və yumurta istehsalı 0,3, yun istehsalı isə 0,6 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed