Şrift:
İtaliyada COVID-19-a gündəlik yoluxma sayı iki dəfəyədək artıb
04.11.2021 [10:04] - Gündəm, Sağlıq
Son 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 5188 nəfər artaraq ümumilikdə 4 milyon 782 min 802-yə çatıb

Əvvəlki gün ilə müqayisədə koronavirusa yoluxanların sayında iki dəfəyədək artım müşahidə edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün COVID-19-un qurbanlarının sayı 63 nəfər artaraq 132 min 224-ə yüksəlib. Son 24 saatda ölkədə 717 min 311 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 85 min 287 nəfərdir. Virusdan sağalanların sayı 4285 nəfər artaraq 4 milyon 565 min 292 olub.

Reanimasiya şöbəsində olan xəstələrin sayı isə 381 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed