Şrift:
İran prezidenti Ermənistana səfər edəcək
31.10.2011 [21:40] - Gündəm
İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək. Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu İran prezident administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza Fərahani “Mehr” agentliyinə açıqlamasında deyib. Səfər yaxın iki ay ərzində baş tutacaq.

M. R. Fərahani bildirib ki, səfər çərçivəsində regional inkişaf məsələləri müzakirə olunacaq, həmçinin bir sıra iqtisadi müqavilələr imzalanacaq.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed