Şrift:
Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir
05.11.2021 [13:56] - Gündəm, Mədəniyyət
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Bu fikir dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Tədbiri Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib.

Tədbirdə dahi şairin həyat və yaradıcılığından, dünya ədəbiyyatı xəzinəsinə verdiyi sanballı töhfələrdən ətraflı söz açılıb. Bildirilib ki, qüdrətli şairin əsərlərində elmə, təhsilə həmişə yüksək dəyər verilib, ədalət və gözəllik, sevginin qüdrəti ön plana çəkilib. Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir.

Mərkəzin tələbələrinin ifasında Nizami Gəncəvinin şeirləri səsləndirilib, “Kərpickəsən kişinin dastanı” əsəri əsasında hazırlanmış səhnəcik nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed