Şrift:
Teymur Musayev: Vətəndaşlara peyvəndin "buster" dozası ilə peyvəndlənmə tövsiyə edilir
05.11.2021 [14:24] - Gündəm, Sağlıq
Azərbaycanın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəsində əldə edilən nəticələr Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən örnək kimi qəbul edilib. Bu gün keçirilən mötəbər forum zamanı da biz həmkarlarımızla bərabər dünyaya bu mövzu ilə bağlı bir sıra mesajlar ötürdük. COVID-19-la mübarizədə yekdil platforma olmalı və ÜST-yə üzv olan dövlətlər həmin platformanın qaydalarını şərtsiz qəbul etməlidirlər.

Bu sözləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bildirib ki, vaksinlərin dünya ölkələri arasında ədalətli bölüşdürülməsi vacibdir: "Prezident İlham Əliyevin nüfuzu və uzaqgörən siyasəti nəticəsində bütün vaksin platformalarından Azərbaycana peyvənd gətirilib. Ölkədə kifayət qədər vaksin ehtiyatı var. Azərbaycanda qəbul olunmuş vaksinasiya strategiyasına əsasən cari il yanvarın 18-dən peyvəndlənmə kampaniyasına start verilib və uğurla davam edir. Əhalinin hədəf qrupunun 60 faizi vaksinasiya olunub və iki doza vasksinasiyadan 6 ay vaxt keçmiş vətəndaşlar "buster" doza ilə peyvəndlənməyə dəvət edilir. Bu bəla ilə mübarizədə ən effektiv üsul vaksinasiyadır".
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed