05.11.2021 [14:26] - Gündəm, Mədəniyyət
Azərbaycan Texniki Universitetinin (AzTU) kitabxanasında universitetin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan “Zəfər şahinləri” kitabının təqdimatı keçirilib.
AzTU-dan bildirilib ki, təqdimat mərasimində universitet nümayəndələri və şəhid məzunlarının ailə üzvləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rektor Vilayət Vəliyev bildirib ki, AzTU-nun tələbə və məzunları torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət ediblər. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədə universitetin tələbə və məzunlarının xidmətlərini xüsusi vurğulayan Vilayət Vəliyev onlardan 31 nəfərinin şəhidlik zirvəsinə yüksəldiyini deyib.
Rektor bildirib ki, AzTU-da şəhidlərin əziz xatirəsi hər zaman uca tutulur. “Zəfər şahinləri” kitabı da şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. Kitabda universitetin Vətən müharibəsində şəhid olan tələbə və məzunları haqqında məlumatlar yer alıb. Şəhidlərimiz haqqında belə nəşrlərin hazırlanmasının davamlı olacağını bildirən rektor onların adlarının əbədiləşdirilməsi üçün universitetdə müxtəlif layihələrin hazırlandığını diqqətə çatdırıb.
Daha sonra “Zəfər şahinləri” kitabının müəllifi, AzTU-nun kitabxanasının müdiri Zöhrə Məmmədova çıxış edib. O, şəhidliyin ən uca zirvə olduğunu bildirib. Qeyd edib ki, şəhidlər adlarını tarixə əbədi həkk ediblər və onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar 44 günlük müharibədə qazanılan şanlı Qələbədə şəhidlərimizin xidmətlərini xüsusi vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |