22.12.2012 [03:36] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycanın milli mənafelərinə uyğun olan davranışlar və çağırışları davam etdirmək lazımdır”
“İran Azərbaycana qarşı davranışlarda həmişə Azərbaycanın düşmənlərini özünə dost bilib və ona kömək edib”
Bu günlərdə Güneylə bağlı fəaliyyət göstərən bir sıra siyasi partiya və təşkilatlar Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki-Muna müraciət edərək Güney Azərbaycanda referendum keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Birləşmiş Millətlər Təşkilatının baş katibinə göndərilmiş məktubda müraciət müəllifləri ümidvar olduqlarını bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatı Güneydə yaşayan 40 milyona yaxın azərbaycanlının səsinə səs verəcək və soydaşlarımızın pozulan hüquqlarının müdafiəsinə qalxaraq orada referedum keçirilməsi təşəbbüsünü dəstəkləyəcək. Bəs görəsən Birləşmiş Millətlər Təşkilatı bu müraciəti nə dərəcədə ciddiyə alacaq və güneyli soydaşlarımızın haqq və hüquqlarının qorunmasına maraqlı olacaqmı? Məsələ ilə bağlı “OLAYLAR”-ın suallarını cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, nəticədən asılı olmayaraq bu kimi çağırışlar Azərbaycan xalqının iradəsini otaya qoymuş olur və belə təşəbbüslər normal qarşılanmalıdır.
-Fərəc bəy, bu günlərdə Güneylə bağlı fəaliyyət göstərən bir sıra siyasi partiya və təşkilatlar Güneydə referendum keçirilməsi təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki-Muna müraciət ünvanlayıb. Sizcə Güneydə belə bir referendumun keçirilməsi nə dərəcədə realdır və BMT bu müraciəti ciddiyə alacaqmı?
-Hesab edirəm ki, bu kimi çağırışlar, istəklər Azərbaycanda artıq xalqın iradəsini ortaya qoyub və bu normal məsələdir. Nəticədən asılı olmayaraq bu Birləşmiş Millətlər Təşkilatının diqqətini çəkmək üçün yaxşı vasitədir. Yəni buyurub xalqın iradəsini nəzərə alın, onun fikrini öyrənin. Hesab edirəm ki, Azərbaycanın taleyi, bölgədəki vəziyyətlə bağlı artıq böyük güclər özlərində qərar formalaşdırıblar ki, oradakı yeni şəkilləndirmədə Güney Azərbaycan türklərinin iradəsi olmadan bir şey etmək mümkün deyil. O mənada düşünürəm ki, bu dönəmdə belə bir məsələnin qaldırlmasının əhəmiyyəti olacaq.
-Bu ərəfədə İranın Azərbaycan nota verməsini necə dəyərləndirirsiniz?
-Ümumiyyətlə, İranın hansı davranışı olsa da, ona əhəmiyyət vermək lazım deyil. Bəzən deyirlər ki, İranla balanslı siyasət yürüdək, bu ölkəyə qarşı yumşaq davranaq. Guya indiyə qədər biz İrana neyləmişik ki? Bütün bunlara baxmayaraq İran Ermənistana sanki bir nəfəslik verib, bu ölkənin enerji təminatını üzərinə götürüb. Bu gün Ermənistanın nəfəs almağı yeganə olaraq İranla bağlıdır. İran Azərbaycana qarşı davranışlarda həmişə Azərbaycanın düşmənlərini özünə dost bilib və ona kömək edib. İran siyasətində Azərbaycan mütəmadi olaraq təpkiyə məruz qalıb. “Səhər” telekanalı vasitəsilə bizə qarşı olub, kiber hücumlarla bizim internet sistemimizi dağıdıblar. Eyni zamanda mütəmadi olaraq burada təxribatla məşğuldurlar. Fətva verib yazıçımızı öldürüb, Azərbaycan ərazilərinə qarşı iddiada bulunublar. Hələ mən Güneydə etdiklərini bir kənara qoyuram. Hamıya məlumdur ki, İran rejimi Güneydəki soydaşlarımızı mütəmadi olaraq əzir. Ona görə də İranın nə etməsindən asılı olmayaraq Azərbaycanın milli mənafelərinə uyğun olan davranışlar və çağırışları davam etdirmək lazımdır.
-Sizcə, beynəlxalq güclər Güneydə soydaşlarımızın öz milli haqlarına sahib olması və muxtariyyət əldə etməsinə maraqlıdırmı?
-Təbii ki, hər kəsin və hər bir dövlətin, böyük güclərin öz maraqları vardır. Bu gün artıq şərtlər dəyişib. Bəzən deyirlər ki, Güney Azərbaycanda baş verən hadisələrdə xarici qüvvələr həmrəylik nümayiş etdirirlər. Ancaq nəzərə almaq lazımdır ki, bizim millət, Güneydə baş qaldırmış Azadlıq Hərəkatı kiminsə yanında olmadı. 200 ildir ki, orada Milli Azadlıq Hərəkatı gedir. 1979-cu ilə qədər rejimlə həmin qüvvələr bir yerdə idi, ancaq indi mənafelər fərqlənib. Bu gün biz də İranın dəyişməsi, imperiyanın dağılması və xalqımızın azad olunmasını, Güney Azərbaycanın müstəqilliyini istəyirik. Gələcəkdə isə təbii ki, Bütöv Azərbaycan istəyirik. Ancaq indi artıq dünya da bu yeni şəkilləndirmədə Azərbaycanın iradəsindən kənarda bir iş görə bilmirsə və bu məsələlərdə mənafelər üst-üstə düşürsə bu normal bir şeydir. Yəni biz kiminsə yanında deyilik, artır kimsə bizim yanımızdadır. Bu gün onlar artıq bilirlər ki, Azərbaycan türkünün iradəsini kənara qoyub yeni şəkilləndirmə mümkün deyil. O mənada artıq daha real bir şərait yaranır ki, Güney Azərbaycan müstəqilliyinə çatsın və gələcəkdə bütöv bir Azərbaycan qurulsun. Çünki Quzey Azərbaycan dövləti bir örnəkdir. Quzey Azəbaycam dövləti Qərbə inteqrasiyada maraqlı olan, bölgəyə sülh gətirən, Avropanın enerji təhlükəsizliyinə, yeni dünya düzəninin oturuşmasına xidmət edən Cənubi Qafqazın böyük bir dövlətidir. Artıq hər kəs bunu qəbul edir. Bütöv Azərbaycan bütün dünyaya əhəmiyyətli dərəcədə təsir edən bir yer olar. Çünki bura aqrar sənaye bölgəsi, sabit bir bazar, dünya ilə sakit şəkildə əlaqələr qura bilən bir ölkədir. O mənada artıq bu dövlətin qurulmasında böyük güclər də maraqlıdır və yaxın gələcəkdə bu gerçəkləşəcək.
-Belə bir vəziyyətdə İran Azərbaycana qarşı yenidən radikallaşa və iki ölkə arasında sərin münasibətlər yarana bilərmi? Xüsusilə, seçki öncəsi İran Azərbaycana qarşı xüsusi planlardan istifadə edə bilərmi?
-Onsuzda İran-Azərbaycan münbasibətləri donmuş bir vəziyyətdədir, bundan sonra hansı sərinlik olacaq? İran-Azərbaycan münasibətləri buz halındadır və həmişə belə olub. Azərbaycan hansı formada davranmasından asılı olmayaraq İran onsuz da bizə qarşı düşmən münasibətdədir. Çünki bilir ki, Quzey Azərbaycanın ayaq üstə durması Güney Azərbaycandakı hərəkata pozitiv impuls verir. Quzey Azərbaycanın daima zəif qalması, çökməsində maraqlı olan İran bundan sonra nə sərinlik axtaracaq? Vəziyyət budur və bundan sonra da dəyişməyəcək. Artıq dünya İrana qarşı dayanıb və bu rejimi dəyişməyə hazırlaşır. Ona görə də açıq-aydın, qorxmadan belə həmin sanksiyalara qoşulmağın zamanıdır.
Süleyman İsmayılbəyli "Olaylar" qəzeti.

Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |