Şrift:
Türkiyə xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir
22.12.2012 [10:17] - Siyasət
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 21-də Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu, müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları və regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.



Tərəflər həmçinin, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edib, münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini qeyd ediblər.
Bu xəbər oxucular tərəfindən 1158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed