Şrift:
DAVAM.AZ KOLLEKTİVİNİN TƏBRİK MESAJI
22.12.2012 [08:07] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, Fərəc Quliyev
Ta…50 il öncə 22.12.1962-ci il həftənin şənbə günü bir erkək uşaq doğuldu. Pələng ilində, pələng kimi… O, doğularkən bəşəriyyət dünyaya kimin gəldiyindən xəbərsiz idi. O, böyüdükcə varlığı ilə hər kəsin gözünü qamaşdırdı. Kiminin gözünə nur oldu, aydınlatdı, kiminə “tikan” (nurdan anlamayanlara). Böyüdü məktəbə getdi, sevimli oldu, əlaçı oldu, öncül oldu, ən əsası vətənpərvər oldu. Azərbaycanı şagird olarkən belə bütöv gördü və gördüyünü, görmək istədiyini lövhədə əks etdi (Bütöv Azərbaycan Xəritəsi). Məktəbi qızıl medalla bitirdi.
Nəhayət gənc oldu, ATU-ya daxil oldu. Yenə öncül, sevimli, hörmətli və vətənpərvər. Məktəbi qızıl medalla bitirdiyi kimi, universiteti də qızmızı diplomla bitirdi.
Düşünürəm ki, onun məqsədi xalqına fiziki və mənəvi cəhətdən şəfa vermək idi. Aldığı təhsillə xalqını, millətini fiziki baxımdan müalicə etdi. Amma bu ona yetmədi. Çünki millətin yaralarını tənziflə sarımaq onun içini rahatlada bilməzdi. Nəhayət, o, hələ tələbə ikən siyasətə-yəni mümkünlük sənətinə başladı. O, xalqı üçün mümkün olanları xalqa sunmaq üçün çalışdı. Beləcə o həm fiziki, həm də mənəvi yaraları sarmağa başladı. O, oxudu, savad aldı, şərəfli çalışdı, mərdcə döyüşdü. Həmçinin o Milli Qəhrəman adına qədər yüksəlmişdir. Həyatının bir dönəmində azadlıqdan məhrum olsada, geridə buraxdığı heç bir şey üçün peşman deyildi, çünki şərəfli çalışmışdı və döyüşmüşdü. Vətənin müstəqillik qazanmasında rolu olmuşdu-istiqlalçı idi. “Soyuğ”un fəthində rolu olmuşdu-Milli Qəhrəman idi. Yəni, geridə peşmançılığı yox, irəli zəfəri var idi. Nəhayət, layiq olmadığı məhkumluğu bitdi. O, yeni Təşəbbüsləri ilə xalqının yanına döndü. Onun keçmişinə baxmaq kifayət edir ki, gələcəyini görəsən! O, yenidən döndü! Məhbəsdə olduğu müddətdə vətəndə onun yeri çox böyük boşluq yaratmışdır. O, boşluğu kimsə doldura bilməzdi. Gəldi, döndü və o boşluğu yenidən öz varlığı ilə doldurdu. O, xalqının dirçəlməsi üçün MDH-ni təsis etdi, yaratdı. Hazırda MDH çox inamla, qətiyyətlə fəaliyyət göstərir.
… Nəhayət, onu sizə təqdim edirəm …
O, həkim…O, döyüşçü…O, Müstəqillik Aktını hazırlayan müəllif…O, idman ustası…O, MDHP başqanı…O, istiqlalçı, siqnator millət vəkili Fərəc Quliyevdir.
Bu insandan kifayət qədər ürək açıqlığı ilə danışa bilərəm. Çünki dediklərim həqiqətdir, faktdır, hətta ki, tarixdir. Bunların heç biri tərif deyil. Sadəcə çox qısa onun həyat yoluna ekskurs etdim. Bütün dediklərim isbata ehtiyacı olmayan aksiomadır. Gələcəyə inamla baxır, onun uğurlarının davamını gözləyirik.
Fərəc Quliyev indi həyatının 50-ci ilindədir. Yarıməsrlik həyatında peşmançılıq duyduğu gün yoxdur. Dilinin kaşkilərlə sarılı olmaması, onun keçmişini göstərdiyi kimi, gələciyini də görməyə əsas verir.
Fərəc bəy, həyatınızı həmişə Türkelində Mətin və Nikbin yaşamanızı arzulayırıq. Bir bütöv şəxsiyyətə nə arzulamaq olar?- ideyalarının gerçəkləşməsini. İnşAllah sizi Bütöv Azərbaycanda Bütöv şəxsiyyət kimi görmək arzusu və diləyi ilə neçə-neçə gözəl illərə, yaşlara…Həmişə hər gününüz, hər ayınız, hər iliniz bir öncəkindən daha gözəl keçsin. Çox arxayınlıqla deyə bilərəm ki, Allah ürəyinizin gözəlliyinə görə versin. Bunu insanın üzünə yansıyan simadan bilmək olur. Hər kəs fərddir, lakin hər kəs şəxsiyyət ola bilmir. Siz əsl şəxsiyyətsiniz.
Doğum gününüz mübarək,bəy! Nə yaxşı ki, xalqımızın sizin kimi övladı var…

DAVAM.AZ KOLLEKTİVİ
Bu xəbər oxucular tərəfindən 1963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed