Şrift:
Zəfər Günü münasibətilı Zaqrebdə “Nabat” filmi nümayiş olunub
10.11.2021 [10:11] - Gündəm, Sosial
Zəfər Günü münasibətilə Xorvatiyanın paytaxtı Zaqrebdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor Elçin Musaoğlu tərəfindən çəkilmiş “Nabat” filmi nümayiş olunub.

Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunan filmin nümayişindən əvvəl səfir Fəxrəddin Qurbanov qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, noyabrın 8-də Azərbaycan xalqı dövlətimizin qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Gününü qeyd edir.

Diqqətə çatdırılıb ki, 30 ilə yaxın davam edən təcavüzkar siyasət çərçivəsində Ermənistan tərəfindən törədilən işğal, qeyri-qanuni fəaliyyət və müharibə cinayətlərinə cavab verilməsi üçün Azərbaycan müvafiq addımlar atıb. Ötən il 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib və işğala son qoyub. Səfir postmüharibə dövründə Azərbaycanın qarşısında azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifələrin dayandığını, əsas məqsədin onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşlərini təmin etmək olduğunu vurğulayıb.

F.Qurbanov Birinci Qarabağ müharibəsindən bəhs edən "Nabat" filminin Xorvatiyada nümayişini mühüm mədəni hadisə olduğunu bildirib. Qarabağ insanının gözə görünməyən hisslərini yaşadan əsərin xorvat tamaşaçılara təqdim edilməsinin tarixi oxşarlıqlara malik olan xalqlarımız arasında mədəni əlaqələrin möhkənlənməsinə töhfə verəcəyi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed