10.11.2021 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin Urmu gölünün quruma prosesinin davam etdiyini və göldə suyun səviyyəsinin 63 santimetr azaldığını deyib.
Urmu gölünün son durumu ilə bağlı mətbuata verdiyi açıqlamada Yasir Rəhbərdin deyib ki, göldə su səviyyəsinin hazırda 1270.55 sm-dir. O, bunun ötən il 1271.18 olduğunu və bu müddət ərzində Urmu gölündə su səviyyəsinin 63 sm azaldığını bildirib.
Regional Su Şirkətinin rəhbəri 9 noyabr tarixində qeydə alınan göstəricilərə əsasən Urmu gölünün hazırkı sahəsinin 1719 kvadratkilometr, su həcminin isə 2 milyard 420 milyon kubmetr olduğunu, ötən ilin oxşar dövrünə nisbətdə sahə və su miqdarının azaldığını qeyd edib.
Rəhbərdin bu il yağıntılarında az olmasının deyib və yeni yağış ilində əyalətə düşən yağıntı miqdarının ötən ilə nisbətdə 26.4% azaldığını deyib.
Oktyabrın sonunda Regional Su Şirkətinin başçısı belə davam edərsə payızın sonuna kimi Urmu gölünün xəritədən silinə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ekoloji böhranlar üzrə ekspert və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər isə, Urmu gölünün bərpası ilə bağlı bütün layihələr iflasa uğraydığını, ayrılan pulların haragetdiyinin bəlli olmadığını və problemin məsulların iddia etdiyindən daha ciddi, faciə həddində olduğunu bildirib.
Bununla yanaşı Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin bölmə rəisi Əhməd Yusifi Urmu gölündə su həcminin azalması nəticəsində suda mövcud olan duz miqdarının kəskin çoxaldığını deyib.
O, mediaya verdiyi açıqlamada bildirib ki, göldə canlılar, özəlliklə quşlar tələf olur və suda mövcud olan duz kristallaşdığı üçün Ətraf mühitin Mühafizəsi İdarəsinin əməkdaşları qayıqla hərəkət edə, canlıların həyatını qurtara bilmirlər.

Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |