10.11.2021 [21:40] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Rüstəm Muradovun yenidən Qarabağa, özü də yenə də İrəvandan gəlməsi Moskvada hazırlanmış planın tərkib hissəsidir. Muradov özbaşına ora gedə bilməz, onu Kreml göndərib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun bu vəzifədən gedəndən sonra artıq ikinci dəfə Qarabağa gəlməsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, bu məsələni bir fərdə bağlamaq doğru deyil:
"Rusiya bölgədə gerçəkdən sülhə nail olmağa töhfə verməkdənsə, mövcud status-kvonun qalmasında maraqlıdır. Yəni Rusiya sülh müqaviləsinin bağlanmasını istəmir. Hətta onlar imzalanan bəyannamənin müddəalarının tam həyata keçməsində də maraqlı deyil. Ona görə də müxtəlif təxribat yollarına əl atır. Ermənistanın müdafiə naziri qanunsuz olaraq "sülhməramlılar”ın nəzarətində olan Azərbaycan ərazisinə daxil olur. O da Moskvanın icazəsi olmadan ora gedə bilməzdi. 10 Noyabr bəyanatının 4-cü bəndində göstərilirdi ki, sülhməramlılar Qarabağdakı erməni silahlı dəstələrinin paralel olaraq oradan çıxarılması fonunda bölgəyə gələcək. Ancaq nəinki çıxarılmadı, hətta Ermənistanın müdafiə nazirinin qanunsuz olaraq Qarabağa gəlişinə şərait yaradırlar”.
Bütün bunların səbəbi isə həmsöhbətimizə görə, Moskvanın Türkiyənin bölgəmizə gəlişini qəbul edə bilməməsidir:
"Elə vəziyyət yaranıb ki, Moskva açıq şəkildə Türkiyəyə etiraz edə bilmir. Çünki artıq Türkiyə bölgədədir. Baxın, Türkiyənin yüksək rütbəli generalları Azərbaycana gələn ərəfədə Rusiya da dərhal Ermənistan müdafiə nazirinin qeyri-qanuni olaraq Qarabağa gəlişini təşkil etdi. Bu, Rusiyanın özbaşınalığıdır. Bununla çalışırlar ki, proses tam olaraq bitməsin. Belədə Kreml prosesin qarışıq qalmasında və ondan "yararlanaraq” tərəflərlə təhdid dilində danışmaqda maraqlıdır. Əsas məqsəd isə Rusiyanın özünün bölgədə daha uzun müddətdə qalmasına hesablanıb. Bu səbəbdən də Kreml tez-tez Rüstəm Muradovu bölgəyə göndərir”.
F. Quliyev bildirir ki, buna görə Moskvaya iradımızı bildirməliyik:
"İstər Rusiya sülhməramlılarının indiki komandanı, istərsə də, Muradov olsun, onlar icraçıdır və Kremlin əmrini yerinə yetirirlər. Məmurlarının birini burada otuzdurub, digərindən isə bu cür istifadə edirlər. Moskva Türkiyə və Azərbaycanın etirazlarına görə onu dəyişdi. Amma buna baxmayaraq, bəzi siyasətlərinin yerinə yetirilməsi üçün imperiyaya daha çox qulluq edən şəxs olaraq məhz Muradovun hələlik buradakı proseslərdə iştirakında maraqlıdırlar. Bununla həm də onu göstərmək istəyirlər ki, etirazlara baxmayaraq, Muradov kənardan müdaxilələr fonunda olsa da, oyunda yer almaqda davam edir və onu istədiyi kimi oynadırlar. Belədə Muradovun timsalında Moskvanın atdığı bu addımları öz əlini gücləndirmək və imici üçün jest kimi də qəbul etmək olar”.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı, general-leytenant Rüstəm Muradov dünən İrəvanda olub. Bu gün isə onun İrəvandan Azərbaycanın Qarabağ bölgəsinə gələcəyi bildirilir. Burada o Rusiya sülhməramlılarının bölgəyə gəlməsinin 1 illiyi tədbirində iştirak edəcək.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |