24.12.2012 [00:37] - Gündəm, DAVAMın yazıları
Bu strategiyanı Rusiya üzərindən ermənilər idarə edirlər.
Azərbaycan masası həm Qərbin, həm də Rusiyanın maraq dairəsi olaraq bu gün gerçək bir milli faciə notları üzərində köklənmişdir. Bu da milli kimiliyindən asılı olmayaraq onların ortaya qoyduqları ideoloji konsepsiyaların əsiri olanlarla birgə strateji mənafelərə bağlıdır. Rusiya isə konkret şəkildə milli azlıqlar ladları üzərində köklənmiş simfoniyanın haromoniyasını ortaya qoymaqda israrlı tərəf kimi çıxış edir. Bu iki strateji hədəflərə köklənmiş baxışlar əslində uzlaşan geniş miqyaslı taktikanın bir-birini tamamlanması kimi də qəbul etmək mümkündür. Əsas hədəfin məqsədi bu Türk dövlətində mümkün vasitələrlə antimilli baxışların cəmiyyətin hakimiyyət və sosial sferasında dominant rol oynamasıdır. Elə bu məqsədlə son on ildə bir sıra təsisatlar artıq modern formada olsa da yaradılmışdır. İndi Azərbaycan cəmiyyəti belə bir aqibətlə üz-üzə qalmışdır. Buna görə də dövlətin milli siyasət doktirnası da arxa planda qalmışdır.
Cəmiyyətin sosial və identik genetik problemləri
Son illər Azərbaycanda istənilən problemləri süni şəkildə qabartmaq üçün milli azlıqları irəli verməklə onların bir etnos kimi gücünün və varlığının uzlaşdırılmış şəkildə sosial şəbəkəyə çevrilməsi, konsolidasiya olunması, bu prosesdə milli azlıqların gücündən yararlanmaqla istənilən şərtləri diktə etmək amilinin təsir vasitəsinə çevrilməsi müşahidə olunmaqdadır. Elə buna görə də İran, Ermənistan və Rusiya üçbucağı etnoloji mənada milli azlıq doktrinasını əsas hədəfə çevirmişlər. Bu yöndə son iki ildə İrəvan, Moskva və Tehranda toplantılar keçirməklə vahid strateji hədəf qismində Azərbaycana qarşı bir sıra infrastukturlar belə yaradılmışdır. Azərbaycanda yaşayan hər bir milli azlığı ayrıca etnos şəklində onun diaxron xüsusiyyətlərini qabartmaqla bunu daha geniş mənada prosesə çevirmək kimi hədəflər özəlliklə diqqət çəkməkdədir. Bu yöndə etnik kimlik məsələsini daha geniş mənada qabartmaqla İbn Haldun, Cambattist Viko, Oqüsten Tyeri, Avqust Miller, Osvald Şpenqhler, Arnold Con Toybi və digər alimlərin sosial etnik mənzərə araşdırmalarını belə aparıcı elmi məntiq kimi təqdim edirlər. Yəni hər bir etnik kimliyin gücünün sadəcə populyasiya mənasında deyil, həm də sosial taksomenetrik vahid şəklində, patronim mənasında və bioloji köklər qavramında inkişaf etdirilməsinin modelləri ortaya atılmışdır. Bütün bunların cəmiyyətdə dərin köklərinin yaranması üçün tarixi, etnoloji, inqvistik və genetik baxışların uzlaşdırılmasına çalışılır. Rusiya üzərindən bu prosesdə ideoloji mənbə kimi Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Sergey Arutyunov tərəfindən hazırlanmış proyektlərə xüsusilə önəm verilir. Antropoloji, tarixi, linqvistik forma və məzmunda bioloji orqanizmin genetik kodları süni şəkildə milli azlıqlara şamil edilməklə onları Azərbaycan dövlətinə qarşı yönəltmək strategiyası əsas hədəflərdən birinə çevrilmişdir. Hətta heç bir əsası olmadan paleolit və mezolit çağının abidələrini V. Şnirmelmanın tədqiqtlarına istinadən irəli sürməklə neolit dövrünün abidələrində milli azlıqların izləri belə aranmaqdadır. Bu saxta xəstəliyin adını isə “protoetnos” mədəniyyəti kimi təqdim etməyə çalışırlar. Hətta bu yöndə etnoqrafik həyat ağacı kimi fəlsəfədən də geniş mənada istifadə olunması ortaya qoyulmaqdadır. Əsas hədəf isə Qafqazın və eləcə də Azərbaycanın bir dövlət olaraq idarə edilməsində ierarxik şəkildə etnoloji konsepsiyanın genetik məntiqini süni şəkildə rəsmiləşdirməkdir.
Genetik mədəniyyətin siyasi xarakter alması
Dağıstanın Çox, Çinna-Xitta, Çuyal-Xvarab-Noxo bölgələrində arxeoloji qazıntılar zamanı hələ də əcdadları sübut olunmayan maddi mədəniyyət abidələrinin birbaşa Qafqaz və Kür-Araz Ovalığı mədəniyyətinə bağlı iddiaların akademik V.P. Alekseev tərəfindən ortaya atılması Qafqazda türkün tarixi mədəni irsinin inkarına yönəldilmişdir. Guya eradan öncə 6-cı minillikdən bu yana mövcud mədəniyyətin etnoloji anlamını etnik kimlik üzərində kökləmək də mümkündür. Hətta neolit dövründə artıq milli məfhum belə formalaşmışdı. Hətta enopolitik qavram çərçivəsində buna hüquqi don geyindirilməsi üçün bir sıra iddialar da ortaya qoyulmuşdur. Guya erkən tunc dövründə etnik kimlik mövcud olmuşdur. Hinçin, Çinna, Ruqucin, Hatınkal, Sulak, Hinçin, Zandak, Muherqan hövzələrindəki arxeoloji abidələri əsas hesab edərək ilkin dəmir və tunc dövrlərin maddi mədəniyyət abidələrini bəhanə edərək Türk subnetnosunu inkar modellərinin tətbiq olunmasına çalışılır Əslində enolit və mezolit dövrünün mədəniyyəti daha çox Kür-Araz maddi abidələrinin davamı kimi qəbul edilməlidir. Çünki, hər bir maddi mədəniyyət abidəsinin ilkin inkişaf mərhələsi və bunun sonradan davamının hansı coğrafi məkanda intişar tapması mühüm tarixi ənənəyə bağlıdır. Əslində belə bir proses indinin özündə belə müşahidə olunmaqdadır. Bu gün Azərbaycanda hər hansı mahnı janrında yazılmış əsərin dərhal Dağıstanda ləzgi, tabasaran, avar, aqul, avar, dargin, Gürcüstanda gürcü və erməni dillərində tərcümə olunaraq ifa edilməsi hələ də müşahidə olunmaqdadır. Bu mahnıların sözləri dəyişdirilsə də, onun melodiyası toxunulmaz şəkildə ifa olunur. Kür-Araz ovalığı mədəniyyəti də məhz bu tipoloji tarixi qaynaqlarla tamamilə uzlaşır. Çox təəssüflər olsun ki, çağdaş Azərbaycan tarixşünaslığı və eləcə də siyasi çevrələri bu mühüm amili diqqətə almır. Bu prosesin nəzarətdən kənar qalmasından istifadə edən Qərb və Rusiyanın yedəyində gedən və sosiallaşma siyasətinin tərəfdarları bundan məharətlə istifadə edirlər. Bu strateji hədəfin son düyün nöqtəsi isə Qafqaz Albaniyası tarixidir. Şərqi Qafqaz siyasətinin strateji hədəflərini bu gün məharətlə ortaya qoyan mərkəzlər ən azından Xəzər dənizi hövzəsi taktikasını irəli sürməklə öz niyyətlərinə hüquqi don geyindirməyə çalışırlar. Guya Xəzər dənizi ətrafı regionların tarixi baxımdan hüquqi sahibi “avtoxon xalqlar” anlamında indiki talış, ləzgi, tat, avar, budux, tsaxur, hapıxtı, lahıc və digər xaqllardırlar. Bu strateji hədəfə uyğun olaraq 19-cu yüzillikdə Çarlıq Rusiyası 1917-ci ilə kimi həmin taktikanı həyat normasına çevirməyə çalışdı. Çüni şəkildə iqtisadi, mədəni və sosial mənada kübar cəmiyyətlərin yaradılması siyasəti də məhz bu faktora söykənirdi. İndi fərqli bir biçimdə bunun adını Kreml “Milyaderlər İttifaqı” qoymuşdur. Hətta Bakıda əsas söz sahibi ola biləcək söz tribunası qismində ziyalılardan ibarət strukturunu da yaratmışdır. Belə bir taktiki gedişlə hakimiyyətdəki dayaqlarını da inkişaf etdirməkdədir. Əslində bu gün nazir və komitə sədri vəzifəsində yerləşdirilən həmin şəbəkə Azərbaycanı diz üstə çökdürməklə məşğuldur. Başqa bir tərəfdən isə bu siyasətin hətta mədəni qatlarını elitar səviyyəyə qaldırmaq üçün bir sıra cəhdlər edilməkdədir. Son zamanlar TV kanallarda bayağı şəkildə formalaşmaqda olan “şirvançılıq” xəstəliyi baxışlarının mədəni qatlarının ardında gizlənən hədəflər məhz bundan ibarətdir. Guya onlar olmasa idi, tarixi baxımdan və bu günün anlayışında Azərbaycan da yox idi. Halbuki son min illik tarixi ədalətin əsas dayaq gücü olan məhz Atabəylər İmperiyası olmasaydı, indiki dövlətçilik ideyasının təməli də yaranmayacaqdı.
Qafqaz tipologiyası və Qərbin taktikası
Hal-hazırda Qərbin bütün etnoloji institularında Qafqaz siyasəti ilə bağlı irəli sürülən tək fikir, türkün Qafqaz siyasətində gücünün etnoloji, siyasi və mədəni sahədə dominant rolunu heçə endirməkdir. Bu yöndə hətta bir sıra məsələlərdə Rusiya ilə uzlaşmış forma və məzmunda belə hərəkət etməyə üstünlük verilir. Pradargin anlamı adı ilə kaytak, kubaçi, praavar siyasətinə uyğun didoy, lak, andi, tindal, praləzgi məsələsində tsaxur, tsaxur, tabasaran, aqul və rutul etnonimlərini irəli sürməklə belə bir qavrayışların ictimailəşdirilməsinə çalışılır. Guya qədim Urartu, Hurrit və bunun ardınca Qafqaz Albaniyası mədəniyyətləri birbaşa ierarxik baxımdan metaetnik və subetnik dəyərlərin biçimi olaraq həmin toplumlara məxsusdur. Əslində bütün bunların tam yalan olmasını adi bir etnoqrafik ekspedisiya ilə də təsdiq etmək olar. Qərb Rusiya ilə birgə Ametrek, Ulluay, Urma, Klemets, Balxar, Burtuni, Aknada, Hapmişa, Dorgeli kimi lokal anlamları bütövlükdə Qafqaza, daha doğrusu Kür-Araz ovalığına tətbiq etmək üçün bütün gücünü səfərbər etmişdir. Elə bu amilə görə də Azərbaycanda demokratiyanın inkişaf etməsinə bunca göz yummaqdadır. Hətta qonşu Gürcüstan və Ermənistanla bağlı hədəflərində də Azərbaycanı mümkün olan bütün təsir vasitələri ilə təkləməyə çalışlırlar. Bununla yanaşı Qafqazda ən azından Kuman, Gök Türk, Hun, Xəzər, Avar, Alan, Bulqar, Səlcuqulu, Bulqar, Moğol, Teymuroğluları, Səfəvi, Qacarlar kimi nəhəng Türk imperiyalrının dövlətçilik tarixinin izlərini unutdurmağa çalışılır. Çünki, türklərə məxsus dövlətlərin genetik yaddaşının əzəməti və qüdrəti anlamı Rusiya və Qərbin ən çox qorxduğu faktorlardan biridir. Elə buna görə də türklərə məxsus tarixi qaynaqları “köçərilərin yürüşü” formasında təqdim etməklə yetinməyi strateji hədəfə çevirmişlər. Bu siyasət həm də Qara dəniz hövzəsində də aparılır. Yəni Qara dənizin çevrəsindəki coğrafi ərazilərin əzəli sakinləri çərkəz kökənli abaza, şapsuq, abxaz, ubıx, adıgey xalqlarına məxsusdur. Savir, barsil, sak, hun, noqay, tatar, qaraçay, balkar, polovets və digər türk etnoslarının bu topraqlara iddia etməkdə heç bir hüquqları yoxdur. Beləliklə Azov, Qara və Xəzər dənizləri hövzələrində türk toplumlarının tarixi ənənələrindən qaynaqlanan etnokulturoloji dəyərlər inkar olunmaqla yanaşı, milli azlıqların statusunun artırılması taktikasını reallığa çevirməyə çalışılır. Belə bir strateji hədəf ilk dəfə Türkiyədə tətbiq edilmişdir və 2002-ci ildən AKP adı alında bir iqtidar da yaradılmışdır. Yəni milli azlıqları iqtidara siyasi güc olaraq gətirməklə yanaşı, onların sayəsində iqtisadi və mədəni həyat tərzinə də müdaxilənin forma və məzmununu həyat normasına çevirməyə çalışılır. Təbii olaraq bu prosesdə milli dəyərlər üzərində deyil, daha çox bəlirsiz ümmət taktikası üstün siyasət hesab edilməkdədir. Hal-hazırda Gürcüstan, Ermənistan, Dağıstan üzərindən Azərbaycana yönəlik protoetnos siyasətini bir iradə olaraq irəli sürməklə Azərbaycanda ən azından texnokratlar şərti kodu ilə bu siyasət üstün səviyyəyə qaldırılmaqdadır. Bu taktikanın sayəsində Azərbaycanda çox gizli və məxfi şəkildə daha qəddar və talançı bir strateji hədəflər yaşanılmaqdadır. Məhz bu amili nəzərə alaraq “milyaderlər ittifaqı” adlı qurum yaradılmışdır. Çünki, Azərbaycanda həmin siyasəti müdafiə edə biləcək alt yapı son illərdə xüsusi təsir vasitəsinə çevrilmişdir. Buna görə də milli hədəflər məsələsində xeyli dərəcədə problemlər yaranmaqdadır.
Ənvər BÖRÜSOY

Bu xəbər oxucular tərəfindən 1549 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |