Şrift:
İtaliyalı professor: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı Şuşa haqqında Avropa oxucularına təqdim olunan ilk əsərdir
11.11.2021 [10:45] - Gündəm, Mədəniyyət
İtaliyan dilində nəşr edilən “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı Şuşa haqqında Avropa oxucularına təqdim olunan ilk əsərdir.

Bu sözləri müsahibəsində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının həmmüəllifi, Roma Sapienza Universitetinin tədqiqatçısı professor Daniel Pommier Vinçelli söyləyib.

Münaqişənin başa çatmasının və 44 günlük müharibədən sonra Şuşanın işğaldan azad edilməsinin birinci ildönümündə bu kitabın təqdimatının keçirilməsindən çox xoşbəxt olduğunu bildirən Daniel Pommier Vinçelli deyib: “Həmmüəllifi olduğum kitabın Şuşa haqqında qərb oxucularına təqdim edilən ilk əsər olması sevindirici və qürurvericidir. Kitabda Şuşanın zəngin tarixindən, buradakı mədəni abidələrdən bəhs olunur. İtaliyanın mədəniyyət şəhərləri sayılan Florensiya və Siena kimi, Şuşa da Azərbaycanın tarixi mədəniyyət mərkəzidir. Çünki Şuşa özünəməxsus maddi-mədəni və memarlıq irsinə malikdir. Şuşa, həmçinin dahi şəxsiyyətlərin, tanınmış elm və mədəniyyət xadimlərinin vətənidir. Bu kitab sayəsində həm italiyalı, həm də qərbdəki oxucular Şuşa haqqında daha geniş məlumata malik olacaqlar. Ümidvaram ki, kitab Şuşada aparılan nəhəng təmir-bərpa və yenidənqurma işlərinin “təməl daşları”ndan olacaq”.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed