Şrift:
Azərbaycanlı tələbə Dünya İrs Şəhərləri Təşkilatının keçirdiyi videomüsabiqənin qalibi olub
11.11.2021 [11:02] - Gündəm, Mədəniyyət
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Dünya İrs Şəhərləri Təşkilatının (#OWHC) keçirdiyi Beynəlxalq videomüsabiqədə 18-21 yaş kateqoriyasında birinci yerin qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirovaya sertifikatın təqdim olunması mərasimi keçirilib.

İdarədn bildirilib ki, qurumun təşkilati və əlaqələndirmə dəstəyi ilə Nurcan Daşdəmirova bu müsabiqəyə “İçərişəhər pandemiya dövründə” adlı videoçarx ilə qatılmışdı.

Qalibə sertifikatı təqdim edən “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov onu təbrik edərək İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin rolunun əhəmiyyətli olduğunu bildirib, eləcə də belə beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin üzvləri Laval Universitetinin nümayəndəsi Charles Moumouni, #UNESCO Dünya İrsi Mərkəzinin direktorunun müşaviri Michael Turner, Kvebek Şəhər Komitəsinin üzvü Alicia Despins və OWHC-nin müvəqqəti baş katibi Lee Minaidis olub. Müsabiqəyə ümumilikdə 23 video təqdim edilib. Münsiflər heyəti qiymətləndirməni videoların keyfiyyəti, işlənməsi və orijinallığı meyarları əsasında müəyyən edib.

“İçərişəhər” DTMQİ 2016-cı ildən OWHC təşkilatının üzvüdür. Ötən müddət ərzində təşkilat ilə idarə arasında əməkdaşlıq daha da genişlənib, idarə təşkilatın həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdə uğurla inkişaf edib. Qoruq İdarəsi 2018-ci ildə OWHC-nin Direktorlar Şurasının iclasına ev sahibliyi edib.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed