Şrift:
Zəfər Günü münasibətilə Romada konsert təşkil edilib
12.11.2021 [10:52] - Gündəm, Mədəniyyət
Ölkəmizin tarixi Qələbəsinin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan-İtaliya Birliyi tərəfindən Romada konsert proqramı təşkil olunub.

Chiesa di San Paolo kilsəsində keçirilən “Sülh üçün Qələbə” adlı konsert proqramında çıxış edən Azərbaycan-İtaliya Birliyinin rəhbəri Fərid Abbasov ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, eləcə də ölkəmizin mədəniyyət paytaxtı Şuşanı erməni işğalından azad etdiyini bildirib.

“8 noyabr tarixin yenidən yazıldığı gündür. Biz şanlı Qələbənin birinci ildönümünü qeyd edirik. Bu, Qafqaz regionunda sülh və əmin-amanlığa təminat verən Qələbədir”, - deyə o qeyd edib.

Sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin tədbir iştirakçılarına ünvanlandığı məktubu oxunub, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlunun və Azərbaycan-İtaliya Birliyinin vitse-prezidenti Cüzeppe Kaniqlianın çıxışları dinlənilib.

Konsert proqramında İtaliya musiqiçilərinin ifasında klassik musiqi nümunələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed