Şrift:
BMT-dən Azərbaycana qarşı antitürk mövqeyini bir daha nümayiş etdirdi
24.12.2012 [11:22] - Siyasət, DAVAMın yazıları
Uzun müddətdir Moskvada Azərbaycan dövlətinə qarşı bölücü siyasəti yeni məzmunda ortaya qoyan, Rusiya ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmış “Ləzgi Milli Mədəni Federal Muxtariyyət Mərkəzi” (LMMFMM) 2012-ci il 30 noyabr tarixində İsveçrənin Cenevrə şəhərində BMT-də təmsil olunmayan xalqların daimi nümayəndəliyinə üzv qəbul edilmişdir. LMMFMM BMT-də Azərbaycan əleyhində qarşı strateji hədəfini təsdiq edən “Ləzgistan” bayrağını təqdim etmişdir. BMT-də rəhbərliyində təmsil olunan İrakli Xintba (gürcüdür), Nqavanq Çoefl, Marino Buzdaçin, Piter Malder və digərləri separatçı ləzgi nümayəndə heyətinin üzvləri Arif Kərimov (LMMFMM-nin prezidenti) və Ruslan Qurbanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişlər. Cenevrədə BMT Baş Assambleyasının 11-ci toplantısında LMMFMM-ni bu ali quruma tam hüquqlu üzv qəbul olunması qərarı verilmişdir.

BMT-nin antitürk siyasətinin izləri

1918-ci ildə Millətlər Şurası yaradılanda Fransanın paytaxtı Parisdə Çarlıq Rusiyasının dağılmasından sonra özünün dövlət müstəqilliyini əldə edən Azərbaycan, Dağlı Respublikası, Türküstan, İdel-Ural Ştatları tanınması üçün olunan rəsmi müraciətlərə baxmayaraq, bu dövlətləri tanımaqdan imtina etmişdi. Bütün cəhdlərə baxmayaraq, əslində bu türk dövlətləri Avropanın silah və maliyyə yardımları sayəsində bolşeviklər tərəfindən işağal olunaraq Rusiyaya ilhaq edilməsinə göz yummuşdu. 1920-1940-cı illər aralığında Bölşevik Rusiyası tərəfindən bu ölkələrdə təqribi hesablamalara görə 20 milyon insan soyqırıma məruz qalmışdır. Təkcə Qazaxıstanda 7 milyon qazax, uyğur, qırğız, tatar, başkort, özbək və qaraqalpaq türkləri güllələnmişlər. Onların əksəriyyəti dinc əhali olmuşdur. 1945-1946-cı ildə Güney Azərbaycanda yaradılan Milli Hökumətin süquta uğradılmasını isə fars şovinist rejiminin hüququ olduğuna dəstək vermişdi. Milli Hökumətin devrilməsindən sonra Rza Pəhləvinin ordusu Güney Azərbaycanda 150 min nəfər insani edam etmiş, güllələmiş, zindanlarda öldürülmüşlər. BMT 1948-ci ildə Doğu Türküstan dövlətinin Çin tərəfindən işğalına haqq qazandırmışdır. Öz milli dövlətini qorumaq uğrunda mübarizəyə qalxmış uyğur, sarı özək, özbək, qırğız türklərinə qarşı tarixdə misli görünməyən soyqırımlar aparılmışdır. İndiyə kimi Çinin işğalı altındakı Doğu Türküstanda bu siyasət davam etməkdədir. 1950-1991-ci ilə qədər Bolqarıstan, Rumıniya və Yuqoslaviyada kommunist rejimləri burada yaşayan türklərə qarşı ən qəddar siyasətləri aparmışlar. Bu ölkələrdə yaşayan türklərin küçədə ana dilində adi bir sözü işlətməsi dövlət tərəfindən hətta cərimə ilə müşahidə olunurdu. İraq və Suriyada mövcud olan diktator rejimləri 40 il ancaq türk soyqırımı siyasətlərini aparmışlar. BMT yenə də kar, kor və lal olmuşdur. BMT 1991-1994-cü illərdə Azərbaycan torpaqalarının işğalı ilə bağlı qətnamələr qəbul etsə də, həmin işğal olunmuş ərazilərin azad edilməsi üçün heç bir ciddi addımlar atmamışdır. 1979-cu il inqilabından sonra, bu günə qədər Güney Azərbaycanda milli hüquqlarını tələb edən insanların edam olunmasına belə BMT qəti şəkildə göz yummuşdur. Tehranda hansısa fars mənşəli homosekualistin edam olunmasına dərhal sərt şəkildə reaksiya nümayiş etdirmişdir və bunu insan haqlarının pozulması kimi dəyərləndirmişdir. Bütün bunları sadalıqdan sonra BMT haqqında qısaca bunu söyləmək olar:

“BMT beynəlxalq antitürk mafiyasının ali qurumudur”.

30 noyabr Cenevrə sazişi
Moskvada sadəcə mili-mədəni təsisat kimi fəaliyyət göstərən LMMFMM 30 noyabr tarixində Cenevrədə BMT-də təmsil olunmayan xalqların nümayəndəliyinə üzv olan zaman özünün altı maddəlik şərtlərini də irəli sürmüşdür.
1. Azərbaycan Respublikasının şimal rayonlarında yaşayan ləzgilərin durumu ilə bağlı BMT-nin xüsusi münayəndə heyətinin daimi insan haqları monitorinqinin aparılması, bunun nəticələrinin müntəzəm şəkildə BMT və Avropanın beynəlxalq stukturları çərçivəsində xüsusi məruzələrlə və dinləmələr səviyyəsinə qaldırılması,
2. Ləzgi xalqının çağdaş problemlərinin BMT, Avropa Komissiyası, Avropa Parlamenti səviyyəsində xüsusi dinləmələrinin təşkil edilməsi,
3. Rusiya və Avropa ölkələrində gənc ləzgi mütəxəssislərinin insan haqları, sosial sahələr, menecment və ictimai proqramlara cəlb edilməsi və bu yöndə treninqlərin təşkil olunması,
4. Azərbaycanda siyasi motivlərlə həbs olunmuş ləzgi milli fəallarının (əslində terroçu sadvalçılar) hüquqlarının qorunmasın təşkil edilməsi,
5. Ləzgi gənclərinə dəstək verməklə onların Avropa ali məktəblərində insan haqlarının qorunması, ləzgi xalqının hüquqları üzrə elmi tədqiqatların aparılması üçün kadrların xüsusi qaydada hazırlanmasının təmin edilməsi,
6. Ləzgi mütəxəssislərinin BMT, ATƏT, Avropa Parlamenti, Avropa Komissiyası və digər beynəxalq stukturlarda insan haqları üzrə təcrübə keçmələrinin təmin edilməsinə müvafiq yardımların olunmasını təşkil etmək.
30 noyabr BMT Baş Assambleyasının 11-ci toplantısından sonra LMMFMM ötən bir ay ərzində ləzgi xalqının beynəlxalq səviyyədə tanınması təbliğatlarını da gücləndirmişdir. Bunun hətta strateji hədəf kimi olmasını da iddia etməkdədir.

LMMFMM nümayəndə heyəti Cenevrədəki bütün görüşlərdə “bölünmüş xalqların hüquq və azadlıqları” adı ilə ləzgi və avar xalqlarının hüquqlarını önə çəkməklə Azərbaycana qarşı bir sıra iddialarını da irəli sürmüşdür. Bu yöndə ləzgi və avar xalqlarına məxsus milli təşkilatların birgə fəaliyyət proqarmları da LMMFMM nümayəndə heyəti tərəfindən BMT rəhbərliyinə təqdim olunmuşdur. 30 noyabr qərarından sonra, artıq “Ləzgistan” bayrağı da BMT-də təqdir olunmaqdadır. Bütün bunlar azmış kimi, BMT-nin birbaşa dəstəyi və himayəsi altında 2013-cü il üçün bir sıra layihələr əsasında ləzgi xalqı adına tədbirlər həyata keçiriləcəkdir. Cenevrə, Strassburq, Haaqqa və Brüssel şəhərlərində 2013-cü ilin 1-ci yarımili üçün bir sıra dinləmələrə LMMFMM qatılacaqdır. BMT ilə yanaşı, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq qurumların maliyyə dəstəyi ilə bir sıra layihələrin maliyyləşdirilməsi üçün ümumi proqramlar da təsdiq olunacaqdır. Həmin görüşlərdə “ləzgi masası” dinləmələri gündəmə gətiriləcək. Belə bir antitürk siyasətinin xarakterik xüsusiyyətlərinin mahiyyətini görmək üçün elə həmin beynəlxalq qurumların bir zamanlar Türkiyədə etnik bölücülük proseslərini alovlandırmaq üçün yaratdıqları “kürd”, “çərkəz”, “laz”, “arnaut”, “erməni”, “suriyanı” və digər masaların tarixini öyrənmək fikrimizcə daha məqsədə uyğundur. Antitürk mərkəzlərin Türkiyəyə qarşı tətbiq etdiyi strateji hədəflər bu gün Azərbaycana qarşı istifadə olunmaqdadır. Müşahidələrimizə görə, “ləzgi masası” adı altında buduq, rutul, cek, aqul, tabasaran, tsaxur, xınalıq, udin, qırız, hapıxtı kimi toplumları “ləzgidilli toplumlar” şəklində sosial gücə yönəltməklə Azərbaycanın bir türk dövləti olaraq çökdürülməsi strategiyası üçün xüsusi hazırlıqlara başlanılmışdır. Çünki, başda BMT olmaqla beynəlxalq qurumların mahiyyəti də bunu təsdiq edir.

Yeni hədəflərə doğru səfərbərlik

Cenevrə qərarından sonra Moskvada və Rusiyanın bir sıra şəhərlərində, eləcə də qonşu Dağıstanda LMMFMM-nin bir sıra tədbirləri keçirilmişdir. Rusiyada fəaliyyət göstərən 40-a yaxın ləzgi təşkilatları 2013-cü ilin fəaliyyət pqorqamlarını təsdiq etmişlər. Digər yandan isə LMMFMM-nin bütün stukturlarında gəncləşdirmə siyasətini prioritetə çevirmişlər. Amil Sərkərovun rəhbərliyi ilə “dəyirmi masa” toplantılarına başlanılmışdır. “Ləzgidilli xalqların siyasi coğrafiyası” adlı proyekti əsasında fəaliyyət göstərilməsi üçün qərarlar verilmişdir.

2013-cü ildə “Yaran-Suvar” (əslində Novruz Bayramı) adı altında Dağıstanda ləzgi işadamları, mədəniyyət xadimləri, ziyalılarından ibarət növbəti beynəlxalq konfransın keçirilməsi də planlaşdırılmışdır. “Ləzgi luvar” elm, mədəniyyət və təhsil mərkəzi isə Dağıstan, Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan və Belorus boyunca bütün ləzgiləri bir araya gətirmək strategiyasını həyata keçirməlidir. LMMFMM prezidenti Arif Kərimovun özünün də etiraf etdiyi kimi bu layihələrin və strategiyanın hazırlanmasında “Rusiya Avrasiya Hərəkatı”nın (radikal yeni rus şovinizmi qurumu) lideri Dmitri Kozak da yaxından iştirak etmişdir.
LMMFMM-nin daha çevik şəkildə fəaliyyət göstərməsi üçün Sabir Məmmədov, Tahir Eminov, Ənvər Kisriev, Ruslan Qurbanov, Asəli Asəliyev, Albert Şəmsəddinov, Amil Sərkərov, Camal Paşayev, Məmməd Abbasov, Abdusalam Hüseynov, Razim Abbasov, Asan Nüdürbəyov, Camaləddin Paşayev, Madruddin Məhəmmədeminov, Azad Babayev, İmam Yarəliyevdən (Dərbənd şəhərinin indiki meri, uzun müddət “Sadval” təşkilatının baş himayədarı olmuşdur) ibarət xüsusi komissiya da yaradılmışdır.

Cenevrə toplantısında LMMFMM-nin təmsil olunması üçün burada kürd, abxaz və digər qatı antitürk qruplar xüsusi fəallıq da göstərmişlər. Kürd və abxaz nümayəndələri hətta bildirmişlər ki, ləzgi və digər türk olmayan, türk kökənli toplumlara qarşı mübarizə aparan xalqlar bizim strateji müttəfiqimizdir. BMT-nin bu toplantısında ləzgilərin təmsil olunmasına qarşı kəskin şəkildə öz etirazlarını bildirənlər isə Krım, Uyğur və Güney Azərbaycan türkləri olmuşlar.
Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutu Qafqaz şöbəsinin 30 ildir müdiri olan Sergey Avanesovun hazırladığı “Ləzgistan” bayrağı əslində Qafqaz Albaniyasının çarı Asvagenin möhürünün təsvirindən ibarətdir. Bu bayraq adı altında Azərbaycanın tarixi ərazilərinə iddia məsələsi artıq ideoloji konsepsiyadan siyasi və sosial xarakter alması kimi proseslərə səbəb ola bilər. Belə bir təhlükəni təəssüflər olsun ki, Azərbaycan Xarici İşlər nazirliyinin, BMT-dəki daimi nümayəndəliyinin, digər müvafiq dövlət stukturlarının savadsızlığı ucbatından indidən önləmək üçün hərəkətə keçilməsi belə müşahidə olunmur. LMMFMM isə Azərbaycana qarşı bölücü siyasət yürüdən “Şeyx Şamil” Avar Fondu ilə 30 noyabr 2012-ci il tarixdə strateji əməkdaşlıq müqaviləsini imzalamışdır.

Ənvər BÖRÜSOY,
Bakı-Maxaçqala-Bakı
Bu xəbər oxucular tərəfindən 1620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed