24.12.2012 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Diaspor
Güney Azərbaycan Milli Azadliq Cəbhəsinin (GAMAC) Almanyadakı nümayəndəliyinin təşkilatçılığı ilə 22 dekabr 2012-ci il tarixində Köln şəhərində "Güney Azərbaycan Milli Azadliq Hərəkatının bugünki durumu və təşkilati fəaliyyətin əhəmiyyəti" mövzusunda konfrans keçirildi. Konfransa GAMAC İdarə heyəti və üzvləri ilə yanaşı bir çox qonaqlar da qatılmışdılar.
Konfrans Güney Azərbaycandakı durum mövzusunda çıxışlarla başladı. İkinci hissə təşkilatlanma, təşkilatlararası işbirliyi mövzusunda fikir mübadiləsi ilə davam etdi.
Çıxış edənlər GAMAC-nin gücləndirilməsi və gələcək fəaliyyəti ilə bağlı fikir və təkliflər səsləndirdilər və bir sıra qərarlar qəbul olundu. Eyni zamanda, təşkilat daxili idari məsələlər müzakirə edildi.
Sonda Güney Azərbaycandakı durum və təşkilati fəaliyyətlə bağlı GAMAC-nin Bəyanatı oxundu.
Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq.
BƏYANAT
Güney Azərbaycanda yaşayan 30 milyondan çox azərbaycan türkünün şovinist fars təfəkkürünün basqısı altında sistemli şəkildə milli hüquq və azadlıqlardan məhrum edilməsi, milli fəallara qarşı həbs və qeyri-insani rəftar, Azərbaycanın öz milli sərvətlərindən məhrum edilməsi və millətimizin yoxsul duruma salınması, Urmu gölünün məqsədli şəkildə qurudulması, əhalinin öz tarixi torpaqlarından didərgin salınması əslində bir millətə qarşı yönəlmiş irqi ayrıseçkilik siyasətindən qaynaqlanır. Son aylarda Güney Azərbaycanın Qaradağ bölgəsində baş vermiş zəlzələdən zərər çəkən insanlara molla rejiminin qeyri-insani münasibəti və onların ağır durumuna etinasız münasibət, din adı altında gizlənmiş bu rejimin faşist mahiyyətini ortaya qoymaqdadır.
Güney Azərbaycanın azadlığı və milli dövlətçiliyi istiqamətində kütləviləşən milli hərəkatın sistemli təşkilatlanması, Güney Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan təxribatyönlü siyasətin qarşısının alınması və beynəlxalq hüquq normaları çərçivəsində Güney Azərbaycan məsələsinin dünya səviyyəsində gündəmə gətirilməsi bugünki təşkilatlanma və təşkilatlararası işbirliyinin əsasını təşkil etməlidir. Bu istiqamətdə fəaliyyət göstərən quvvələr qurtuluş mübarizəmizin genişlənməsində birgə fəaliyyətin qurulması və onun davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Elə buna görə də GAMAC həm daxildə və həm də xaricdə aparılan milli azadlıq mübarizəsinin gücləndirlməsini kordinə olunmuş (həmahəng) işbirliyinin qurulmasında görür və dəstəkləyir. Biz, milli təşkilatların birgə səyilə BMT baş katibinə müraciətin imzalanmasını və BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində azərbaycan türklərinin iştirakı ilə Referendumun keçirilməsi tələbinin irəli sürülməsini milli azadlıq hərəkatımızın siyasi müstəvidə atdığı tarixi addım hesab edirik.
GAMAC bəyan edir ki, Güney Azərbaycanda milli demokratik dövlətin qurulması millətimizin milli iradəsi və onun vahid mövqedən çıxış etməsindən keçir.

Bu xəbər oxucular tərəfindən 1853 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |