12.11.2021 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bunu adlarının çəkilməsini istəməyən iki İran rəsmisi noyabrın 11-də “Röyters”ə açıqlamalarında bildirib.
Onlar deyiblər ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasının canlandırılması üçün noyabrın 29-da Vyanada keçiriləcək danışıqlarda İran tərəfi ölkəyə tətbiq edilən sanksiyaların tamamilə aradan qaldırılmasına israr edəcək.
“Hesab edirik ki, qarşıda böyük təhlükələr var. Çünki danışıqların uğursuzluğa düçar olması regionda yeni bir müharibənin alovlanmasına gətirib çıxaracaq.
Bİzim nüvə təsisatlarımız öz yerindədir və fəaliyyətlərini davam etdirirlər. Biz yeni bir razılaşmanın əldə olunub-olunmamasından asılı olmayaraq həyatımızı davam etdirə bilərik. Hazırda top artıq qərblilərin meydançasındadır.
Bİz danışıqlarda irəliləyiş olmasının tərəfdarıyıq. İrəliləyiş də o deməkdir ki, ölkəmizə qarşı tətbiq olunmuş bütün ədalətsiz sanksiyalar aradan qaldırılmalıdır. Çünki nüvə danışıqlarını biz yox, Amerika tərk edib”, -deyə adlarının çəkilməsini istəməyən iki İran rəsmisi “Röyters”ə açıqlamalarında bildiriblər.
Qeyd edək ki, ötən həftə Tehranla Avropa Birliyi arasında əldə olunan anlaşmaya görə, noyabrın 29-da Vyanada İranla Qərb arasında nüvə danışıqlarının 7-ci mərhələsi keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |