Şrift:
Azərbaycan - Qətər oyununun birinci hissəsi heç-heçə ilə yekunlaşıb
15.11.2021 [10:23] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında keçirilən yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli hesabı açıb. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed