Şrift:
Avropa çempionatı: Azərbaycanın kişilərdən ibarət komandası ardıcıl üçüncü qələbəsini qazanıb
15.11.2021 [10:28] - Gündəm, İdman
Azərbaycanın kişilərdən ibarət komandası Sloveniyada şahmat üzrə komandalar arasında keçirilən Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

Üçüncü turun oyunlarında Şəhriyar Məmmədyarovun Liviu-Diter Nisipyanunu məğlub etməsi komandamızın qələbəsində həlledici rol oynayıb. Belə ki, yığmamızın digər üzvləri Teymur Rəcəbov Aleksandr Donçenko, Rauf Məmmədov Vinsent Keymer, Nicat Abbasov Mattias Blübaum ilə heç-heçə ediblər.

Qadınlardan ibarət yığmamız isə üçüncü turda Gürcüstan komandasına uduzub. Belə ki, Ülviyyə Fətəliyeva Meri Arabidze, Xanım Balacayeva Salome Melia ilə heç-heçə ediblər, Günay Məmmədzadə Nana Caqnidze, Gülnar Məmmədova Lela Cavaxişviliyə uduzublar.

Azərbaycanın kişilərdən ibarət komandası 6 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Çempionat noyabrın 21-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed