Şrift:
DSMF Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada təmsil olunub
15.11.2021 [10:42] - Xəbərlər, Sosial
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı ilə Moskva şəhərində “MDB ölkələrində və Gürcüstanda pensiya təminatının inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada təmsil olunub.

Fondun mətbuat xidmətindən bildirilim ki, tədbirdə assosiasiyanın fəaliyyəti, üzv dövlətlərin pensiya və sosial fondlarının əldə etdiyi nailiyyətlər, sosial inkişaf parametrlərinin vahid metodologiya əsasında müəyyən edilməsinə imkan verəcək çevik qiymətləndirmə indeksinin tərtib edilməsi, əməkçi miqrantların pensiya təminatı, assosiasiyanın yaranmasının 30 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib. Üzv ölkələrin pensiya və sosial fondlarının təqdimatları dinlənilib.

DSMF-nin İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlardan, görülən işlərdən, əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsinə yönələn prioritet hədəflərdən danışıb. Assosiasiyanın rəhbərliyi və üzv dövlətlərin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illər ərzində ölkəmizin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycanın qabaqcıl təcrübəsinin öz ölkələrində tətbiqi perspektivlərindən danışıblar.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed