Şrift:
DİN: Həftəsonu 644 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
15.11.2021 [10:55] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 13-14-də Bakıda və respublikanın digər ərazilərində 181 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 149 şadlıq sarayında, 32 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 38 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 644 nəfər toy şənliklərinə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed