Şrift:
Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstünü “isti izlər”lə açıblar
15.11.2021 [10:56] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyi (DİN) noyabrın 13-14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed