Şrift:
Boks turnirində 7 şəhər və rayondan 150 idmançı mübarizə aparıb
16.11.2021 [10:34] - Gündəm, İdman
Ağcabədi Olimpiya İdman Kompleksində boks idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon turniri keçirilib.

Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Mingəçevir, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Qazax, Şəki şəhər və rayonlarından olan 150 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi ilə yadda qalan yarışda boksçular müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayıblar. Turnirin yekununda qalib idmançılara diplomlar təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed