Şrift:
Yaponiyanın Saqa prefekturasında yerləşən atom elektrik stansiyasında yanğın baş verib
16.11.2021 [10:40] - Xəbərlər, Hadisə
Noyabrın 16-da Yaponiyanın Saqa prefekturasının ərazisində yerləşən “Genkai” atom elektrik stansiyasında (AES) yanğın baş verib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

AES-in operatoru olan “Kyushu Electric Power Co.” şirkətinin yaydığı məlumata görə, yanğın bir saat sonra söndürülüb. Yanğının stansiyanın enerji blokuna zərər vurmadığı bildirilir.

Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 1594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed