Şrift:
Təbrizdə “Traktor” zavodunun işçiləri tətil aksiyası keçiri
16.11.2021 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Traktor zavodunun motor istehsalatı bölməsinin işçiləri üçüncü gündür ki, əmək haqlarının az olmasına görə tətil aksiyasına başlayıblar.

İşi dayandıran aksiyaçılar yenidən işə başlamaq üçün bir neçə şərt irəli sürüblər.

Onlar əmək haqqının sabit ödənişlərlə deyil iş sifarişinə uyğun olaraq artırılmasını, iş təsnifatının tətbiq edilməsini, işçi şurasının təşkilini, proporsional və yenilənmiş məhsuldarlıq haqqının ödənilməsini, iş təhlükəsizliyi təminatını tələb ediblər.

Zavod işçiləri zavod rəhbərliyi ilə yanaşı əyalət rəhbərliyinin zavoda gəlməsini və onların tələblərinin yerinə yetirilməsilə bağlı təminat vermələrini istəyiblər.

Son aylarda Traktor zavodunda çalışan işçilər oxşar tələblərlə bir neçə dəfə aksiya keçiriblər.

Onların istəkləri yerinə yetirilmədiyindən narazı qalan işçilər yenidən tətil aksiyasına başlamağa məcbur olduqlarını deyirlər.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed